Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev paytaxtın adının dəyişdirilməsi barədə konstitusiyaya dəyişikliyi imzalayıb
Bu barədə Qazaxstan prezidentinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, bdövlət başçısının imzaladığı qanuna əsasən bundan sonra Qazaxıstan Respublikasının paytaxtı olan Astana şəhəri Nur-Sultan şəhəri adlandırılacaq.
Qeyd edək ki, bundan əvvəl K.Tokayev paytaxtın adının martın 19-da istefa verən ölkənin ilk Prezidenti Nursultan Nazarbayevin şərəfinə adlandırılmasını təklif etmişdi. (azvision.az)
pia.az