Heyvanlardan 12-si tələf olub
Zaqatalada canavarlar fermaya hücum edib.
Hadisə rayonun Qaxdan kəndində qeydə alınıb. Canavarların hücumu nəticəsində kənd sakini Rəcəb Məmmədova məxsus 40-dan çox xırdabuynuzlu heyvan parçalanıb.
R.Məmmədov açıqlamasında bildirib ki, hücuma məruza qalan heyvanlardan 12-si tələf olub, qalanları isə yaralıdır.
Qeyd edək ki, canavarlar hücum edən fermada bir-neçə kənd sakininə məxsus 300 baş xırdabuynuzlu heyvan olub. (ONA)
pia.az