Tanrı yəhudiləri xilas etmək üçün Trampı göndərib
PİA.az Muxalifet.az-a istinadən xəbər verir ki, bunu Qüdsdə səfərdə olan ABŞ Dövlət katibi Mayk Pompeo CBN televiziyasına müsahibəsində deyib. O, Trampın yəhudilərin xilaskarı Esterə bənzəməsi ilə bağlı verilən sualı belə cavablandırıb:
“Bir xristian olaraq əminliklə bunun mümkün olduğuna inanıram” - Pompeo bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp tez-tez İsrail leyhinə çıxışlar edir. Bundan əvvəl də Qolan yüksəkliklərində İsrailin suverenliyinin tanınması istiqamətində addımlar atmalı olduqlarını deyib.
pia.az