Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bəşəriyyət tarixində şok: İnsan 20 il cavanlaşdı - Video

Hər dəfə heyvanlar üzərində təcrübələr haqqında danışan növbəti elmi verilişlə qarşılaşanda bu bizə fantastik və real olmayan görünür

Amma insanlarla bağlı belə təcrübələr barədə eşidəndə qulaqlarına inanmırsan.

Alimlər çoxdandır ömrümüzü uzatmaq üçün iş aparırlar. Onlar artıq hansı ərzaqları istifadə edəndə cavan qala biləcəyimizi müəyyənləşdiriblər. İndi genetik dəyişiklik növbəsidir.

PİA.az Bizimyol.info-ya istinadən xəbər verir ki, "BioViva” elmi-tibbi şirkətinin rəhbəri Elizabet Perriş cəsarətli addım atmaq qərarına gəldi. O, orqanizminin qocalma prosesini zəiflətmək və ya tam dayandırmaq üçün genlərinin dəyişdirilməsinə razı oldu.

Bizim orqanizmin qocalma prosesi xromosomların uc çıxıntılarının – telomerlərin kiçilməsi ilə başlayır. 2015-ci ildə Elizabetin bədəninə telomerin uzunluğunu artıracaq material yeritmişdilər. Alimlər düşünür ki, məhz bu yolla qocalmanı saxlamaq və orqanizmi cavanlaşdırmaq olar. Nəticənin ölümlə başa çatacaq qədər gözlənilməz ola biləcəyini anladığı halda Perriş elm naminə bununla razılaşdı.

Qadından hətta riskli inyeksiyaya razılığını bildirməklə bağlı videomüraciət hazırlamasını tələb etmişdilər. Prosedur Kolumbiyada keçirilmişdi. Çünki ABŞ-da insanlar üzərində təcrübələr qanunvericilik səviyyəsində qadağan edilib.

Bir müddət əvvəl eksperimentin ilk nəticələri məlum olub. Leykositlərin vəziyyəti, telomerin ölçüsü deyir ki, Elizabetin bioloji yaşı 20 il azalıb. Üstəlik, onun dərisi və saçları da yaxşılaşıb.

Əlbəttə, qocalma prosesi üzərində tam qələbə haqda danışmaq hələ tezdir. Amma yaşla bağlı və genetik xəstəliklərlə mübarizədə ilk addım atılıb.

pia.az


Etiket: genetika

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar