Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İƏT Zelandiyada 2 məscidə terror hadisəsi ilə bağlı iclas keçirib

Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçirilib

PİA.az AzərTac-a istinadən xəbər verir ki, iclasda İslam ölkələrinin dövlət və hökumət nümayəndələri iştirak edirlər. 42 ölkənin nümayəndəsinin qatıldığı iclasda ölkəmizi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti təmsil edir.

“Yeni Zelandiyada iki məscidə terror hadisəsi, müsəlmanlara qarşı nifrət və dözümsüzlüklə mübarizə” mövzusunda keçirilən növbədənkənar iclasın açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Prezident ötən həftənin cümə günü Yeni Zelandiyada baş verən qanlı hadisə ilə bağlı İƏT-in Xarici İşlər Nazirləri Şurasının iclasının keçirilməsinin və bu məsələ ilə bağlı dünyaya mesaj verilməsinin zəruriliyini diqqətə çatdırıb. Prezident Türkiyənin İslam dünyasına qarşı planlı şəkildə həyata keçirilən, bütün insanlığa zidd hadisələrə biganə qalmayacağını vurğulayıb.

Tədbirdə çıxış edən Mübariz Qurbanlı bu müzakirələrə şərait yaratdığına və İslam dünyasında baş verən hadisələrə yüksək həssaslıq nümayiş etdirdiyinə görə Türkiyə Respublikasına dərin minnətdarlığını çatdırıb.

M.Qurbanlı bildirib ki, Azərbaycan terrordan əziyyət çəkən bir ölkə kimi dünyada baş verən terrorizmi beynəlxalq sülh üçün ən ciddi təhlükələrdən, müasir bəşəriyyətin üzləşdiyi ən amansız bəlalardan biri hesab edir.

Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini hələ də işğal altında saxladığını xatırladan M.Qurbanlı bildirib ki, təkcə 1989-1994-cü illər ərzində münaqişə dövründə Ermənistanın ölkəmizə qarşı təşkil etdiyi və bilavasitə mülki əhaliyə qarşı yönəlmiş terror kampaniyası nəticəsində minlərlə insan həlak olub və yaralanıb.

Toplantı qapalı iclaslarla işini davam etdirib.

Sonda İstanbul bəyannaməsi qəbul olunub.

pia.az


Etiket: İƏT Zelandiya

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar