Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Almaniyalı azarkeşlər İlkay Gündoğanı irqçi şüarlarla təhqir ediblər - Təhqiqat aparılır

Almaniya futbol yığmasının iki üzvü – türk əsilli İlkay Gündoğan və Seneqal əsilli Leroy Sane irqçi təzyiqlərə məruz qalıblar

ONA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, hər iki futbolçu martın 20-də Almaniya və Serbiya yığmaları arasında keçirilmiş yoldaşlıq görüşü zamanı yerli azarkeşlər tərəfindən təhqir ediliblər.

Məsələ ilə bağlı Volfsburq polisi tərəfindən təhqiqata başlanılıb.

Almaniya Futbol Federasiyası və yerli klublar baş verənləri sərt şəkildə pisləyib.

İrqçi şüarların səsləndirilməsi faktını almaniyalı jurnalist Andre Voiqt ictimailəşdirib. O bildirib ki, almaniyalı azarkeşlər İ. Gündoğan və L. Saneyə “zənci” deyiblər, oyun zamanı Hitler salamı (“Heil Hitler) veriblər.

Qeyd edək ki, bu, Almaniyanın yığmasının futbolçularına qarşı ilk belə hal deyil. Belə ki, Almaniya yığmasının türk əsilli futbolçusu Məsud Özil son dünya çempionatında uğursuzluğa görə azarkeşlər tərəfindən irqçi təzyiqlərlə üzləşdikdən sonra yığma karyerasını başa vurub.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar