Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstan prezidenti azərbaycanlılarla rusca danışmaqdan imtina etdi

Gürcüstan ərazisində yaşayan müxtəlif millətlərdən olan insanları bir dil birləşdirməlidir, lakin bu, rus dili olmamalıdır

“Qruziya-Onlayn”a istinadən xəbər verir ki, bunu əhalisinin böyük hissəsini azərbaycanlıların təşkil etdiyi Kvemo-Kartli bölgəsinə səfəri zamanı etdiyi çıxışda Gürcüstan prezidenti Salome Zurabişvili deyib.

“Mən çox fəxr edirəm və bütün dünyada deyirəm ki, Gürcüstan hamının yaşaya bildiyi yerdir; müxtəlif mənşəli, müxtəlif dinlərə sitayiş edən insanlar bir yerdə elə yaşayırlar ki, onlar arasında nəinki münaqişə, fikir ayrılığı belə yoxdur”, - Qardabanidə çıxış edən Zurabişvili bildirib.

Gürcüstan dövlət başçısının sözlərinə görə, bütün ölkə sakinləri görməlidirlər ki, partiyasından, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, onların bir ümumi gələcəyi var.

“Çox təəssüf edirəm ki, burada sizinlə istədiyim kimi danışa bilmirəm, istəyirəım ki, daha çox ünsiyyətimiz olsun. Mən sizinlə rus dilində danışa bilmərəm – bu, istisna olnur, çünki bu, bizi birləşdirən dil deyil”, - Salome Zurabişvili izahat verib və əlavə edib ki, azərbaycanca bir neçə söz öyrənə blər, lakin əhali ilə bir dildə danışmağı üstün tutardı.

“Eyni zamanda, siz ənənələrinizi davam etdirmisiniz, dilinizi, mahnılarınızı, rəqslərinizi qorumusunuz, bütün bunlar Gürcüstanın var-dövlətidir və bununla bağlı başqa ölkələrdə kiçik eyib, hətta paxıllıq var ki, onlar bizim kimi bacarmırlar, bizim birlikdə etdiyimiz kimi edə bilmirlər. Odur ki, gəlin, birgə yaşayışımızı davam etdirək. bunu möhkəmləndirək və gələcəkdə bütün dünyanı heyrətləndirəcək nümunəvi ölkə olaq”, - Zurabişvili sözlərini yekunlaşdırıb. (virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar