Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu deputatlar həm də qrant alır - 7 minlik qanun pozuntusu?

"Milli Məclis üzvünün rəhbərlik etdiyi QHT-lərə səs verdiyi büdcə hesabına maliyyələşən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından qrant ayırmaq maraqlar münaqişəsidir”

PİA.az xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu özünün feysbuk səhifəsində yazıb.

Ekspertin yazısında daha sonra bildirilir:

"Azərbaycan həqiqətən analoqu olmayan ölkədir. Bu günlərdə açıqlanmış Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il 1-ci qrant müsabiqəsinin qaliblərinin siyahısına nəzər salanda ən azında 4 deputatın adı ilə rastlaşdım. Baxmayaraq ki, deputatların əsas işi qanun yaradıcılığı olmalıdır, amma mən yenə də onların qeyri-hökümət təşkilatlarına (QHT) rəhbərlik etmələrində qəbahət görmürəm.

Amma, Milli Məclis üzvünün rəhbərlik etdiyi QHT-lərə səs verdiyi büdcə hesabına maliyyələşən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından qrant ayırmaq maraqlar münaqişəsidir. Axı necə ola bilər ki, səs verdiyin büdcədən qəbul olunandan sonra da qrant alasan. Adı siyahıda keçən bəzi deputatların həqiqətənmi 7 min manat qranta ehtiyacı var? Məgər, 7 min manata görə ölkənin qanunlarını pozmağa dəyərmi?

Digər tərəfdən də layihənin seçilməsinə məsul olanlar və bu qərarı verənlər bilmirlər ki, açıq maraqlar münaqişəsi yaradan layihələrə illərdir ki, dəstək verməklə hüquqi dövlət qurmaq olmaz. Maraq münaqişəsi yaradan layihələr yalnız Milli Məclis üzvlərinə deyil, həm də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlərinə ayrılan qrantlardır. Çünki, ikincilər də rəhbərlik etdikləri təşkilatlara qrant verilməsi ilə bağlı qərara özləri də səs verirlər.

Millət vəkili Qənirə Paşayeva Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından 7 min manat qrant alması ilə bağlı tənqidlərə cavab verib.

BakuPost xəbər verir ki, o iqtisadçı Qubad İbadoğlunun tənqidindən təccübləndiyini və təssüf etdiyini bildirib: "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin kollektivi hər hansı xarici ölkəyə və ya təşkilata hər hansı bir layihə ilə bağlı deyil, öz ölkəmizdə dövlətimizin qeyri-hökumət təşkilatlarına dəstək göstərilməsi üçün yaratdığı quruma müraciət etmişik. Buraya statusundan asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının yaratdığı qeyri-hökumət təşklatı müraciət edə bilər”.

Deputat deyib ki, rəhbərlik etdiyi QHT 10 ildən artıq zaman ərzində əsas fəaliyyəti Qarabağ həqiqətlərinin xarici ölkələrdə təbliği, erməni yalanlarına qarşı mübarizə olub və bu istiqamətində bu günə qədər onlarla ciddi layihələr həyata keçirib: "Bu layihələrin həyata keçməsi üçün isə dövlət qurumlarından heç zaman maliyyə vəsait almayıb. Mən də daxil olmaqla bu işə təmənnasız könül verən insanların təşkilatı olan Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB öz vəsaitləri, öz əmək haqlarımızdan ayırdığımız vəsaitlər hesabına etmişik bu işləri illərlədir.

Şuraya yarandığı 10 ildən artıq vaxt ərzində təşkilatımız nadir hallarda müraciət edib və bu Azərbaycanın hüqudlarından kənarda bir neçə şəhərdə Qarabağ abidəsinin qoyulması ilə bağlı olub.

Şuranın layihəyə cavab olaraq ayırdığı 7 min manat vəsait isə Qarabağ abidəsinin hazırlanması üçün ölkəmizdə memar və heykəltaraşlara ödədiyimiz məbləğin hamısını belə ödəyə bilməyib. Qalan hissəsi məhz biz bu işə könül verərək bu təşkilatı yaradan insanların öz əmək haqlarından ayırdığı vəsaitlə ödənilib. Qarabağ həqiqətlərinin təbliğini özünün vəzifəsi olaraq bilən bir ziyalı olaraq həm millət vəkili kimi həm də bu işə təmənnasız könül verən insanların təmsil olunduğu bir qeyri-hökumət platformasına da rəhbərlik edən şəxs kimi bütün platformalardan istifadə edərək bu işləri görmək istəyirik və bunun üçün bir zaman kiminsə bizi günahlandıracağı ağlımızdan belə keçməzdi”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar