Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zakir Həsənov pakistanlı həmkarı ilə görüşdü

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Pakistan İslam Respublikasının Müdafiə naziri cənab Pərviz Xattaq arasında görüş keçirilib

MN-dən verilən məlumata görə, cənab P.Xattaq ölkələrimizin coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, xalqlarımız arasında tarixən dostluq münasibətlərinin olduğunu bildirib. Müxtəlif sahələrdə münasibətlərin genişlənərək xeyli gücləndiyini qeyd edən pakistanlı nazir iki ölkənin hərbi sahədə əməkdaşlığının böyük potensialının olduğunu bildirib.

Səmimi qəbula görə minnətdarlığını bildirən general-polkovnik Z.Həsənov vurğulayıb ki, Azərbaycan ilə Pakistan arasında dostluq münasibətləri dərin köklərə malikdir. Regiondakı hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib, hər iki ölkənin beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiyini qeyd edərək bunun xalqlarımızın iradəsindən qaynaqlanan tərəfdaşlıq münasibətlərinin göstəricisi olduğunu vurğulayıb.

Görüşdə iki ölkə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub, həmçinin maraq doğuran bir çox məsələlər ətrafında fikir mübadiləsi aparılıb. (axar.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar