“Forbes Rossiya” jurnalı 2018-ci ildə ən çox qazanan rusiyalı milyarderlərin siyahısını dərc edib
Burada əsas meyar olaraq varlı şəxslərin və onlarla bağlı şirkətlərin 2018-ci ilin fevralından 2019-cu ilin fevralına qədər satdıqları aktivlərin və dividentlərinin müqayisəsi təşkil edib.
İlk sırada erməni əsilli biznesmen Sergey Qalitski (Arutunyan) dayanır. “Maqnit” riteylerinin sahibinin səhmlərin satışından gələn gəliri 2,44 milyard dollara çatıb.
İkinci sırada isə 1,77 milyard dollarlıq gəliri ilə Mixail Proxorov gəlir. Kremlə yaxın milyarderin “Brooklyn Nets” basketbol klubunun və “Rusal” şirkətindəki səhmlərinin satışından gəlir götürdüyü qeyd olunur.
Üçüncü sıranı isə Novolipetsk metallurgiya kombinatından qazandığı 1,59 milyard dollarla Vladimir Lisin tutub.
Dördüncü və beşinci yerlər Aleksey Mordaşov (1,46 milyard) və Əlişir Usmanova (1,12 milyard dollar) məxsusdur. Mordaşov “Severstal”, “Nordgold” və TUİ şirkətlərindəki səhmlərini satmaqla, Əlişir Usmanov isə Londonun “Arsenal” klubundakı payından və “Metalloinvest” kombinasıtndakı dividentlərindən vaz keçməklə “qabağa düşüb”.
Onların arxasınca Vladimir Potanin, Vahid Ələkbərov, Viktor Vekselberq, Roman Abramoviç və Süleyman Kərimov kimi milyardlıq sərvət sahibləri gəlir.(musavat.com)
pia.az