Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Avro-2020”nin seçmə oyunları...

Bu gün futbol üzrə Avropa çempionatının seçmə mərhələsinə start veriləcək

C, E, G və I qruplarında ümumilikdə 10 qarşılaşma keçiriləcək.

İlk günün maraq doğuran oyunu “Koning Boudevijn” stadionunda oynanılacaq. I qrupunda yer alan, dünya çempionatının bürünc mükafatçısı Belçika millisi Rusiya seçməsi ilə qarşılaşacaq.

Milli komandamız səfərdə Xorvatiya yığmasının qonağı olacaq. Zaqreb şəhərindəki 35 min azarkeş tutumuna malik “Maksimir” stadionunda təşkil olunacaq oyunu Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Georgi Kabakov olacaq. Ona Martin Marqaritov və Divan Valkov yan xətt hakimləri, Nikola Popov dördüncü hakim qismində kömək edəcək.

Bu görüş yığmamızın baş məşqçisi Nikola Yurçeviç üçün əlamətdir olacaq. Belə ki, xorvatiyalı mütəxəssis öz ölkəsində millimizin baş məşqçisi kimi debüt edəcək.

İndiyədək Azərbaycan və Xorvatiya milli komandaları iki dəfə üz-üzə gəliblər. Belə ki, final mərhələsi 2016-cı ildə Fransada baş tutan Avropa çempionatının seçmə mərhələsi çərçivəsində 2014-cü il oktyabrın 13-də səfərdə keçirilən oyun Xorvatiya millisinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bir il sonra sentyabrın 3-də Bakıda təşkil olunan matçda isə hesab açılmayıb.

Qeyd edək ki, “Avro 2020”nin seçmə mərhələsində Azərbaycan millisi Xorvatiya, Uels, Slovakiya və Macarıstanla birgə “E” qrupunda yer alıb.

Onu da xatırladaq ki, “Avro-2020”nin final mərhələsi qitənin 12 şəhərində, o cümlədən Bakıda təşkil olunacaq. 24 komandadan 4-cü UEFA Millətlər Liqasından, 20-si isə hər qrupda ilk 2-si olmaqla, seçmə mərhələdən vəsiqə qazanacaq.(virtualaz.org)

pia.az

 


Etiket: Avro-2020

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar