Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

21 idmançı beynəlxalq cinayətdə şübhəli bilinir

Səkkiz ölkənin beş idman növü üzrə 21 atleti qanında dopinqdən istifadə etməkdə şübhəli bilinib

Bunu 20 fevral-3 mart tarixlərində Avstriyanın Zeefeld qəsəbəsində keçirilmiş 41-ci Xizəksürmə üzrə dünya çempionatında Almaniya prokurorluğu təsbit edib.

Münşen ştat prokuroru Kai Qreber keçirdiyi mətbuat konfransında doqquz nəfərin həbs olunduğunu bildirib. Bunlardan beş nəfər - Maks Hauke, Dominik Baldauf (hər ikisi Avstriya), Aleksey Poltoranin (Qazaxıstan), Karel Tamyarv və Andreas Veerpalu (hər ikisi Estoniya) xizəksürənlərdir.

Həmçinin tutulanlar arasında almaniyalı həkim Mark Şmidt də var. Məhz o, dopinq tərkibli qan bağlamalarının idmançılar üçün hazırlanmasında şübhəli bilinir. Onun bir idmançıdan mövsümə 4-12 min avro qazandığı bildirilir.

Avstriyalı velosipedçilər - Qeorq Praydler və Ştefan Deniflye, o cümlədən eston xizəksürən Alqo Kyarp da şübbəlilər arasındadır. Artıq bu idmançıların əksəri dopinqdən istifadə etdiklərini etiraf edib.

Prokurorluğun əlində hazırda 40-50-yə yaxın qan bağlaması var. Həmin bağlamalar -80 dərəcə temperaturda saxlanılıb. Müəyyənləşdirilib ki, bu bağlamalar Almaniya, Avstriya, İtaliya, İsveç, Finlandiya, Estoniya, Xorvatiya, Sloveniya və hətta ABŞ Havay adalarına da göndərilib.

Qeyd edək ki, bu beynəlxalq axtarış avstriyalı xizəksürən Yohanes Dürün yanvarda ARD telekanalında gedən sənədli filmdə dopinqdən istifadəyə dair danışmasından sonra təhqiqatlara başlanılıb.(oxu.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar