Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ETSN: Oğuzda canavarların qoyun sürüsünə hücum etdiyi kəndə ovçular cəlb olunub

Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarını Oğuz rayonunun Calut kəndinə göndərib

Nazirliyin Mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, rayonun ərazisində canavarların qoyun sürüsünə hücum etməsi faktı ilə əlaqədar nazirliyin 4 əməkdaşı hadisə yerinə göndərilib: “Kənd dağətəyi ərazidə yerləşir və ətrafında meşəlik var. Ona görə də kəndə mütəmadi olaraq vəhşi heyvanların hücumu qeydə alınır. Ötən gün günorta saatlarında kəndin örüş sahəsində qoyunlarını otaran çoban nahar yeməyinə gedib. Qayıtdıqdan sonra 4 canavarın qoyun sürüsünə hücum etdiyini və qoyunların tələf olduğunu görüb. Əməkdaşlarımız kənd sakinləri ilə görüşüblər”.

Nazirlikdən bildirilib ki, vəhşi heyvanların yaşadığı meşənin ətrafında yerləşən Calut kəndinin mühafizəsi üçün ovçular cəlb olunub: “Ərazi 3 gün müddətində növbətçilik əsasında ovçular vasitəsilə mühafizə olunacaq. Eyni zamanda kəndə vəhşi heyvanların hücumlarının qarşısının alınması istiqamətində digər tədbirlər də görüləcək”.

ETSN həyata keçiriləcək profilaktik tədbirlərdən əlavə vəhşi heyvanların olduğu meşənin yaxınlığında yaşayan kənd sakinlərini ayıq-sayıq olmağa çağırıb: “İlk növbədə, təhlükəsizlik tədbirlərini sakinlər özləri görməlidirlər. Mal-qara qapalı yerlərdə saxlanılmalı və örüş sahələrinə aparılan heyvanlar nəzarətsiz buraxılmamalıdır. Bəzi fermerlər mal-qara saxlanılan tövlələrin mühafizəsinə diqqət yetirməlidirlər”.

Qeyd edək ki, ötən gün Oğuz rayon sakini Elçin Tağıyevə məxsus qoyun sürüsünə canavarlar hücum edib. Nəticədə qoyunlardan 20-si tələf olub, 10-u yaralanıb.

pia.az


Etiket: Canavar

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar