Şənbə, 20 Aprel 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Millimizin rəqibi qələbə qazandı

Futbol millimizin AVRO-2020-nin seçmə mərhələsində rəqiblərindən olan Uels millisi 2019-cu ilə qələbə ilə başlayıb

Uels millisi Trinidad və Tobaqo millisi ilə öz meydanında yoldaşlıq oyunu keçirib.

Bu matçda baş məşqçi Rayan Qiqz aparıcı futbolçuları – Qaret Beyl və Aaron Remzini heyətə daxil etməyib. Bununla belə, Britaniya təmsilçisi Mərkəzi Amerika komandasına 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu matça əlavə olunmuş ikinci dəqiqədə “Liverpul”un 19 yaşlı hücumçusu Ben Vudbörn vurub.

Qeyd edək ki, Uels millisi martın 24-də Kardifdə Slovakiya yığması ilə seçmə mərhələnin ilk görüşünə çıxacaq.(Oxu.Az)

pia.az

Etiket: AVRO-2020

Şərh yazın.

loading...