Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp Rusiya təhqiqatının ictimaiyyətə açıqlanmasına çağırıb

ABŞ prezidenti Donald Tramp Rusiyanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Mueller-in təhqiqatının yekun hesabatının ictimaiyyətə açıqlanmasına çağırıb

Martın 20-də müxbirlərlə söhbəti zamanı Tramp adəti üzrə iki ildir ki, davam edən təhqiqatı tənqid edib və belə bir araşdırmanın mövcudluğunu “utancverici” adlandırıb:

"Qoy açıqlasın. Qoy xalq görsün. Qoy bunun qanuni olub-olmadığını görsünlər”.

Trampın bu bəyanatlarından az əvvəl Mueller təhqiqatının sona yaxınlaşdığına dair xəbərlər yayılırdı. Mueller həm də Trump-ın yaxın çevrəsinin Rusiya rəsmiləri ilə mümkün bağlarını araşdırır.

Müllerdən məxfi hesabatın tərtib edilərək Ədliyyə Nazirliyinin başçısına – yəni baş prokuror Uilyam Barra təqdim olunması tələb edilir. Xəbərlərə görə hesabat hər an təqdim oluna bilər.

Bundan sonra Barr Konqres üçün öz hesabatını hazırlayacaq. Barr deyib ki, o Mueller təhqiqatının qanunun icazə verdiyi dərəcədə açıqlanmasını istəyir.

Tramp dəfələrlə Müllerin təhqiqatına qarşı çıxıb:

"Mən elə indicə bu ölkənin tarixində ən böyük seçkilərdən birində qalib gəlmişəm...Amma heç kim tərəfindən seçilməmiş birisi mənim haqqımda hesabat hazırlayır. Bunun adı Müller hesabatıdır. Odur ki, izah edin, çünki mənim seçicilərim bunu başa düşmürlər. Mən də bunu başa düşmürəm”.

Müllerin hesabatının açıqlanmasının gözlənildiyi əsnada Nümayəndələr Palatasındakı demokratlar da Trampa dair araşdırmalarını intensivləşdiriblər.

Ötən həftə Konqres Müller təhqiqatının yekun hesabatının ictimaiyyətə açıqlanmasını tələb edən, lakin icbari qüvvəsi olmayan qətnaməni yekdilliklə qəbul edib.

Konqresdə iki partiyanın olması nəzərə alınarsa, hər hansı sənədin yekdilliklə qəbul edilməsi nadir hadisədir.(virtualaz.org)

pia.az


Etiket: Tramp

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar