Cümə axşamı, 18 Aprel 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

NATO-Rusiya qarşıdurması Cənubi Qafqazda qabarır...

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə yazır...

NATO-nun Gürcüstanda keçirdiyi hərbi qərargah təlimləri Avropada Alyansın Rusiyanın aqressiyasına qarşı hərbi strateji siyasətinin davamıdır. Hazırda Avropa məkanında NATO-Rusiya siyasi-hərbi hərbi qarşıdurmanın yeni müstəviyə keçməsidir. Qeyd edim ki, Alyans öz hərbi iştirakını Şərqi Avropada Rusiya təhlükəsinə qarşı formalaşdırır. Həqiqətənmi Rusiya Avropa üçün bu qədər təhlükəlidirmi ki, NATO bu istiqamətdə durmadan hərbi təlimlər keçirir, raket və zirehli texnikanı Rusiyanın sərhədlərinə yaxın cəmləşdirir. Mərkəzi Avropada ABŞ yeni raket sistemlərini yerləşdirir. Polşa da yeni hərbi bazalar qurulur. Artıq Rusiya XİN bəyanat verərək, NATO-nun siyasətindən narahat olduqlarını və adekvat cavab verəcəklərini qeyd edir. Rusiyanın NATO-ya cavabı Baltik dənizində və Kalinqrad vilayətində yeni raketlər yerləşdirməsinə gətircək.

Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi və Krımı anneksiya etdiyindən sonra Şərqi Avropa dövlətlərinə qarşı belə bir təhlükənin olduğu ortaya çıxdı. ABŞ-ın moderatorluğu ilə Alyans Avropada görə də kompleks tədbirlər görür. Təbii ki, Rusiyada NATO-nun bu siyasətinə adekvat olaraq öz hərbi texnikalarını, canlı qüvvəsini Qərb sərhədlərinə yığır. Bu da Şimali Avropadan Cənubi Qafaza kimi yeni bir zolağın hərbiləşdirilməsi deməkdir. Təbii ki, bu təhlükəli tendensiyanın formalaşmasına gətirib çıxarır.

Qeyd edim ki, bu gün NATO Şərqi Avropada güclənməsə, Rusiya Polşa və Bribaltika ölkələri, həmçinin Finlandiya üçün təhlükə kəsb edir. Rusiyanın əsas siyasəti Şərqi Avropa üzərində öz nüfuz dairəsini genişləndirməkdir. Məhz ona görə də Baltik dənizindən başlayaraq, Şərqi Avropaya oradan Qara dəniz akvatoreyası və Cənubi Qafqaz NATO -nun fəaliyyət sahəsini genişləndirərək, Rusiyanın sərhədlərinə yaxın müdafiə xəttini gücləndirməsində məntiqi yanaşma var.

Hazırda Gürcüstanda keçirilən “NATO-GEO EXERCISE 2019” adlandırılan təlimdə 24 üzv və tərəfdaş ölkənin hərbçiləri iştirak edir. Bu təlimlər regionda Alyansın iştirakını inkişaf etdirmək, həmçinin Cənubi Qafazda Rusiyanın mövqeyini zəiflətməkdir. Rusiya bu təlimlərdən ciddi narahatdır və Gürcüstanı müxtəlif istiqamətlərdə cəzalandıra bilər. Bu cəzalandlrma mexanizmi Cənubi Osetiyada sərhədləri Gürcüstanın içərilərinə qədər çəkə bilər. . Bu da Gürcüstan üçün yeni ərazilərin itirilməsi deməkdir.

Bundan əlavə, NATO-nun Gürcüstandakı təlimlərində Azərbaycanın iştirakı milli maralarımıza cavab verir. Ermənistan təlimlərə qatılmadı. Artıq NATO -Azərbaycan əlaqələri yeni müstəviyə keçir. Qeyd edim ki, Rusiyanın cənub sərhədlərində -Cənubi Qafqazda NATO-nun güclənməsi, Rusiyanın qonşularına qarşı deusturuktiv və işğalçı siyasətindən irəli gəlir. Çünki, Moskva regiona öz arxabağçası kimi baxır. Cənubi Qafqazda NATO və Rusiya qarşıdurması Alynasın qələbəsi ilə biətəcək. Bir müddətdən sonra Rusiya Cənubi Qafazdan sıxışdırılaraq, region NATO çətiri altına girəcək.

İlk növbədə Alyansın regionda mövcudluğu işğal və separtizmin sonu demək olacaq. Demək, NATO-nun Qafqaza gəlməsi Azərbaycan və Gürcüstanın milli təhlükəsizlik maraqlarına cavab verir. Ona görə də işğaldan əziyyət çəkən Azərbaycan və Gürcüstan NATO-nun regionumuzda fəaliyyətinin genişlənməsinə hərcür dəstək verməlidir.

pia.az

Etiket:

Şərh yazın.

loading...