Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəsimi rayonunda Novruz bayramı qeyd edildi - Fotolar

Martın 19-da Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı münasibəti ilə bayram şənliyi keçirilib

Bayram tədbirində Nəsimi Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin rəhbərləri, rayon ziyalıları və ictimaiyyətin nümayəndələri iştirak edirdilər.
Tədbir iştirakçıları əvvəlcə rayonun təhsil, məktəbəqədər müəssisələrinin və bədii özfəaliyyət kollektivlərinin hazırladıqları xalqımızın adət-ənənələrini özündə əks etdirən rəngarəng sərgilərlə, Müstəqil Azərbaycanımızın ayrı-ayrı bölgələrinin Novruz ənənələri və mətbəxləri ilə tanış olublar.

Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov rayon sakinlərini təbrik edərək qeyd etdi ki, Novruz xalq bayramıdır. Yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır. Novruz həyatın yenilənməsi, dirçəlişinin rəmzidir. Yer üzünə təravət, yeni ab-hava, torpağa yeni həyat bəxş edir. Novruz bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunması Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Bildirdi ki, Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən, Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində ciddi işlər görülüb.

Asif Əsgərov xüsusi vurğuladı ki, öz fəaliyyətində milli-mənəvi dəyərlərimizin qorunmasına və dünyada təbliğinə böyük önəm verən, neçə-neçə tarixi-mədəniyyət abidələrinin yenidən qurulmasına, muğam musiqi müsabiqələrinin, beynəlxalq festivalların keçirilməsinə, xarici ölkələrdə müxtəlif sərgilərin təşkilinə, bir çox digər irimiqyaslı layihələrin reallaşmasına nail olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Novruz bayramı YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınmış, BMT Baş Məclisi tərəfindən "Beynəlxalq Novruz Günü" barədə qətnamə qəbul edilib.

Bayram şənliyində tanınmış incəsənət ustaları çıxış etdilər,rayonun mədəniyyət ocaqlarının bədii özfəaliyyət kollektivləri xalqımızın adət-ənənələrini, qədim el sənətlərini nümayiş etdirdilər. Kosa, Keçəl, Bahar qız və Dədə Qorqud tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılandı.

Tədbirin sonunda atəşfəşanlıq oldu. Novruz bayramını Nəsimi sakinləri böyük sevinc və fərəhlə qeyd etdilər.

Bayram tədbirləri 20-21 mart tarixlərində rayonun 3 Sahə İnzibati Ərazi Dairələrinin hər birinin inzibati ərazilərində davam etdiriləcəkdir.

pia.az

Fotolar




Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar