Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DİM məhkəməyə verildi - 75 manata görə

"Azercell Telekom" MMC borcun ödənilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxsə qarşı məhkəmə iddiası qaldırıb

PİA.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, MMC 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə təqdim etdiyi ərizədə DİM-dən 74,74 manat rabitə xidmətindən istifadə haqqının və 20 manat ödənilmiş dövlət rüsumunun, cəmi 94,74 manat vəsaitin məcburi tutulması haqqında məhkəmə əmri qəbul edilməsini xahiş edib.

Hakim Səbinə Nuriyevanın çıxardığı qərardada əsasən, tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa, məhkəmə əmri verilə bilər. Lakin Mülki Prosessual Məcəlləyə görə, lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr istisna təşkil edir. Məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunub, lakin əlavə olunub ki, bu qərar "Azercell"in həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar