Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yevlaxda evdən 3300 manatlıq əşyalar oğurlanıb  

Martın 16-da Yevlax rayon sakini olan bir qadın Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus evdən oğurluq olduğu barədə məlumat verib

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş, rayon sakini Rəşad Sadıxov saxlanılıb. Araşdırmalarla onun 3300 manat dəyərində məişət əşyaları oğurladığı müəyyən edilib.

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi daha bir əməliyyat tədbirləri nəticəsində rayonun Xaldan qəsəbəsi ərazisində “Mingəçevir Regional Elektrik Şəbəkəsi” MMC-nin balansında olan və hazırda istismar olunmayan hava xəttinin 7 dayağının metal künclüklərini, habelə 2 dayağı bütövlükdə sökərək oğurlamaqda şübhəli bilinən qəsəbə sakini Elman Yunusov saxlanılıb.

Hər iki faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

pia.az


Etiket: Oğurluq

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar