Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gömrükçülərdən daha bir əməliyyat: 110 kiloqramdan artıq heroin aşkarlandı

Gömrükçülərin həyata keçirdiyi növbəti əməliyyat nəticəsində 110 kq 400 qram natkotik vasitənin-heroinin qaçaqmalçılığının qarşısı alınıb

Belə ki, Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə İran İslam Respublikasından külli miqdarda narkotik vasitələrin Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Avropa ölkələrinə aparılacağı barədə əməliyyat məlumatı daxil olub.

Məlumat əsasında İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İsveçə "yeyinti malları" adı altında yük daşıyan İİR vətəndaşı İranızadeh Alı Gholamabbasın idarə etdiyi "VOLVO" markalı yük avtomobili Biləsuvar gömrük postunda saxlanılıb və "Belıy" ləqəbli kinoloji xidmət iti vasitəsilə gömrük yoxlamasından keçirilib. Yoxlama zamanı xidməti it xüsusi işarə və hərəkətlərlə yük maşının qoşqusunun təkərlərinə reaksiya verib. Bundan sonra qoşqunun təkərləri açılaraq 3 ədəd hərəkətverici oxların içərisində, zavod konstruksiyasında nəzərdə tutulmuş boşluqda gömrük nəzarətindən gizlədilmiş dairəvi-uzunsov formalı bağlamaların olduğu müəyyən edilib. Yoxlama zamanı yapışqanlı lentlə sarınmış dairəvi formalı bağlamaların içərisindən, ümumilikdə 110 kq 400 qram narkotik vasitə-heroin aşkarlanıb.

Tutulan narkotik vasitənin İran İslam Respublikasından İsveçə aparılmasını nəzərə alsaq, 110 kq 400 qram heroinin Avropanın "qara bazar"ında dəyəri, təxminən 20 milyon manat təşkil edir.

Faktla bağlı araşdırma aparılır.(Trend)

pia.az


Etiket: Heroin

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar