Ağdaş rayonunda bədbəxt hadisə baş verib
Hadisə rayon ərazisində fəaliyyət göstərən “Türyançay” MMC-yə məxsus fermada qeydə alınıb. Orada işləyən, 1994-cü il təvəllüdlü Həşimov Tural Şavəddin oğlu peyin axıdılması üçün nəzərdə tutulan boruları birləşdirən lyuka düşərək boğulub.
Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.(ONA)
pia.az