Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Liviya sahillərində batan qayıqda ən azı 10 miqrant həlak olub

Liviyanın şərqindəki Sabratha şəhərinin sahillərində batan qayıqda ən azı 10 miqrant həlak olub

Bu məlumatı Liviyanın təhlükəsizlik xidməti yayıb. Batmış daha 17 miqrantın axtarışı üzrı əməliyyat tədbirləri davam edir. Xidmətin sözçüsü Aiman Dəbbaşi bildirib ki, Sabratha yoxsulluqdan və aclıqdan Avropa ölkələrinə köç edən insanlar üçün əsas toplaşma məntəqəsidir. Onun sözlərinə görə, burada İtaliya və Avropa İttifaqının maliyyə dəstəyi ilə sərhəd mühafizə tədbirləri xeyli gücləndirilib. “Lakin qanunsuz miqrantları daşıyan qayıqların dənizə çıxmasının qarşısı alınmayıb. Sudandan olan və qayıqdan sağ qurtulmuş miqrantın dediyinə görə, qayıqda 27 nəfər olub və onlar Zuvaraf şəhərinə doğru hərəkət ediblər. Amma biz ölənlər istisna olmaqla, qalanlardan xəbər ala bilmirik”, -deyə Dəbbaşi agentliyə müsahibəsində qeyd edib. O əlavə edib ki, həmin miqrantlar Afrikanın Səhra bölgəsindən olan insanlardır.

Birləşmiş Millətlər Təşkilatının miqrasiya agentliyi (IOM) bildirib ki, batan qayıqdan xilas edilən 15 nəfər xəstəxanaya çatdırılıb, 10 nəfər həlak olub, daha 2 miqrant isə itkin düşüb.(azərtac)

pia.az


Etiket: Miqrant

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar