Şənbə, 20 Aprel 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Ərdoğan: Ölüm cəzasını bərpa etməyə hazırıq

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ölkədə ən ağı cəza forması olaraq ölüm cəzasını bərpa etməyə hazır olduqlarını bəyan edib

NTV telekanalının məlumatına görə, bu haqda Türkiyə lideri Ereğli şəhərində keçirilən mitinqdə tərəfdarları qarşısında etdiyi çıxışda danışıb.

“Biz ölüm cəzasını ləğv etməklə səhvə yol verdik. Mən bunun yanlış addım olduğunu düşünürəm. Niyə? Ona görə ki, 15 iyul hadisələri zamanı 251 vətəndaşımız həlak olub. Onlar (günahkarlar) ömürlərini dəmir barmaqlıqlar arxasında keçirsələr belə, onların dövlət hesabına yedizdirilməsi faktı məni qıcıqlandırır. Bizim parlament edam cəzasının bərpası ilə bağlı qərar qəbul etsə, onu öz imzamla təsdiqləyəcəm”, - deyə Ərdoğan bildirib.

Xatırladaq ki, Ərdoğan bundan əvvəl 2018-ci ilin avqust ayında da edam cəzasının bərpasının mümkünlüyünə toxunmuşdu.

Türkiyəli dövlət başçısı bundan başqa Yeni Zelandiyada törədilən terror aktı ətrafında yaranan vəziyyəti də şərh edib.

“Yeni Zelandiya hökuməti öhdəsinə düşəni yerinə yetirməsə, bunu onların yerinə biz edəcəyik. Belə olan halda həmin ölkənin hökuməti ilə danışıqlar aparacam. Terrorçuya ən ağır cəza verilməlidir”, - deyə Tayyip Ərdoğan bildirib.

pia.az

loading...