Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda hər 3 kişidən biri siqaret çəkir

“2020-ci ilə qədər tütündən istifadənin 10 faiz azaldılmasına nail olmağa çalışırıq. Əhalinin sağlamlığının qorunmasına təsir edən əsas faktorlardan cəmi 10 faizi tibbin üzərinə düşürsə, qalan 50 faizi həyat tərzi, 20 faizi irsi amillər, 20 faizi isə ətraf mühitin göstərdiyi təsirlərdir”

Bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində tütünlə mübarizəyə həsr olunan tədbirdə mərkəzin direktoru Qəhrəman Haqverdiyev deyib.

İSİM-in İctimai səhiyyə şöbəsinin müdiri Tofiq Musayev isə bildirib ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun tətbiqi gündəlik həyatda özünü göstərir, ictimai yerlərdə tüstüsüz mühitin yaradılması üçün müəyyən qadağalar və inzibati cəzalar həyata keçirilir.

İSİM-in səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Şəhla Mirzəzadə isə mərkəzin qapalı məkanlarda tütün tüstüsünün təsirinə məruz qalma məsələsini daha da qloballaşdırmağa çalışdığını söyləyib.

Qeyd edək ki, statistikaya əsasən, Azərbaycanda kişilər arasında siqaretçəkmə 33 faiz təşkil edir. Mərkəz tütünlə mübarizəyə dair bir neçə layihə həyata keçirir.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar