Cümə axşamı, 27 İyun 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Dərbənd meri: "Bakının şəhərsalma təcrübəsini tətbiq etmək istəyirik" - Video

"Azərbaycan paytaxtında çox böyük dəyişikliklər baş verib"

Bunu Dərbənd şəhərinin meri Hizri Əbəkərov bildirib.

O deyib ki, Bakının inkişaf yolunda çox böyük irəliləyişə nail olduğu göz qabağındadır: "Hər dəfə gələndə buna təəccüblənməmək olmur".

Mer köhnə “Qara şəhər” ərazisində salınmış “Bakı Ağşəhər” yaşayış kompleksi ilə tanış olduğunu söyləyib: “Burada müsbət mənada nəhəng dəyişikliklər var. Biz də sizin şəhərsalmadakı təcrübənizi öyrənib Dərbənddə də tətbiq etmək üçün buraya gəlmişik”.

Qonaq Azərbaycanda doğru istiqamətli siyasət yürüdüldüyünü dilə gətirib: “Səmti doğru götürmüsünüz. Bakıda hamı Prezidentdən razılıq edir, ölkədə əvvəlki və indiki vəziyyəti müqayisə edirlər. Prezident tez-tez əhali ilə görüşür, hərtərəfli kömək edir. Xalqın qeydinə qalmaq yaxşı haldır”.(report)

pia.az


loading...