Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli İnsanov AXH-də? - "Gəlib ağsaqqallıq etməsindən də məmnun olarıq"

Sabiq səhiyyə naziri Əli İnsanov prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb

 

Əli İnsanov azadlığa çıxdıqdan sonra siyasətə davam edəcəyini, müxalif partiya və təşkilatlarla əməkdaşlıq edə biləcəyinin siqnallarını vermişdi. İddia olunur ki, Əli İnsanov Azərbaycan Xalq Hərəkatına (AXH) qoşula bilər.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən sabiq daxili işlər naziri, AXH sədri İsgəndər Həmidov Əli İnsanovu öz aralarında görməkdən məmnun olacaqlarını bildirib.

İsgəndər Həmidov qeyd edib ki, Əli İnsanov istədiyi halda onu AXH-ə qəbul edərlər:

“Əli İnsanov elə bir şəxsiyyətdir ki, əgər o istəsə, məmnuniyyətlə onu AXH-ə qəbul edərik. Gəlib ağsaqqallıq etməsindən də məmnun olarıq. Ancaq məndə Əli İnsanovun AXH-ə qoşulmaq fikri ilə bağlı məlumat yoxdur”.

İsgəndər Həmidov bildirib ki, uzun danışıqların tərəfdarı deyil, əgər Əli İnsanov qərar qəbul edəcəksə, onlar da bu qərara müsbət cavab verəcəklər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar