Şənbə, 20 Aprel 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

“AtaSığorta” böyük zərərdə

“AtaSığorta” ildən-ilə daha çox sığorta haqları yığmasına baxmayaraq zərərin içində "üzür"

“AtaSığorta” ASC 2018-ci ili 7 milyon 77 min manat xalis zərər ilə başa vurub. Halbuki, şirkət 2017-ci ili 956 min manat xalis mənfəət ilə bağlamışdı.

“Marja” şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il “AtaSığorta”nın cəmi gəlirləri 17 milyon 997 min manat, cəmi xərcləri isə 25 milyon 3 min manat təşkil edib. 2017-ci ildə “AtaSığorta”nın cəmi gəlirləri 17 milyon 206 min manat, cəmi xərcləri isə 16 milyon 149 min manat təşkil etmişdi. Şirkətin xərclərinin gəlirlərini üstələməsi sığorta ödənişlərinin və işlərin aparılması xərclərinin kəskin artması və yaradılan ehtiyatlar ilə bağlıdır.

2017-ci illə müqayisədə ötən il şirkətin sığorta ödənişləri 2 dəfə artaraq 5 milyon 25 min manatdan 10 milyon 608 min manata, işlərin aparılması xərcləri isə 72% artaraq 7 milyon 276 min manatdan 12 milyon 505 min manata yüksəlib. 2016-cı ildə şirkətdə işlərin aparılması xərcləri 4 milyon 878 min manat təşkil etmişdi.

2017-ci illə müqayisədə 2018-ci ildə “AtaSığorta”nın topladığı sığorta haqları 8 milyon 825 min manat və ya 66,1% artaraq 22 milyon 166 min manat təşkil edib. Ötən il şirkət gəlirlərinin 7 milyon 492 min manatını ehtiyata ayırdığından cəmi gəlirləri düşüb.

"AtaSığorta" şirkətininin İdarə Heyəti sədrinin birinci müavini Orxan Məmmədov “Marja”ya bildirmişdi ki, ehtiyatların artması satışların artması ilə bağlıdır. O qeyd etmişdi ki, sığorta şirkətləri topladıqları sığorta haqlarını dərhal gəlir şəkilində götürə bilmirlər. İlk öncə toplanan sığorta haqları hesabına ehtiyatlar yaradılır və əgər hadisə olmasa ehtiyat gəlirə çevrilir.

“AtaSığorta” ASC-nin 2018-ci il üzrə maliyyə hesabatları

pia.az

Şərh yazın.

loading...