Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcü ekspert: “Şübhəm var, Rusiya imkan verməz”

Aram Sərkisyan

ru.1-in.am (Ermənistan), 16. 03.2019

Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistanın İran qazının tranzit ölkəsi olmağa hazır olduğu haqda bəyanatı KİV mühitində geniş müzakirə olunur. İran prezidenti Həsən Ruhani öz növbəsində bildirib ki, İran tərəfi Ermənistana qaz tədarükü həcmini artırmaq və İran qazının Gürcüstana ixracatı üçün üçtərəfli işbirliyi qurmağa hazırdır. Bəzi ekspertlər bu layihənin texniki baxımdan qəliz və iqtisadi baxımdan effektsiz olduğunu göstərərək və məsələyə İran qazının Avropaya ixracı kontekstində yanaşaraq bu haqda fikirlərini artıq bildiriblər. Amma məsələ burasındadır ki, təkcə İran-Ermənistan-Gürücstan-Avropa deyil, həm də İran-Ermənistan-Gürcüstan-Rusiya qaz əməkdaşlığını müzakirə etmək olar. Rusiya XİN-in rəsmi təmsilçisi bir neçə gün qabaq bu məsələyə müraciət edib.

Hər halda, gürcü siyasətçisi, Tiflis “Black Sea Press” informasiya agentliyinin baş redaktoru Gela Vasadze hesab edir ki, İran qazının Ermənistan üzərindən Gürcüstana tranziti ehtimalı azdır. Gürcü ekspert 1-in.am-la söhbətdə yada salıb ki, “Qazprom”un törəmə şirkəti Ermənistanın qaz-nəqliyyat sisteminin sahibidir və əlbəttə ki, “Qazprom” öz rəqibinin Avropaya qaz tranzit etməyinə imkan vermək istəmir.

-Cənab Vasadze, İran, Ermənistan və Gürcüstan arasında qaz əməkdaşlığı nə qədər realdır və Gürcüstanda bu imkana necə yanaşırlar?

-Gürcüstanda bu məsələyə necə yanaşdıqlarını deyə bilmərəm, çünki adamların bu məsələyə baxışları müxtəlifdir. Amma öz fikrimi deyə bilərəm. Əlbəttə, İran Gürcüstan üçün çox önəmli ölkədir və əlbəttə ki, Ermənistan üçün əsas tərəfdaşlardan biridir. Bu, sərhədi Ermənistan üçün açıq olan yeganə böyük ölkədir. Amma bildiyimiz kimi, İranın öz problemləri var. İranın problemi hər şeydən qabaq bundadır ki, Birləşmiş Ştatların indiki administrasiyası, yumşaq deyilsə, İrana münasibətdə o qədər də xeyirxah deyil.

Nəqliyyat dəhlizlərindən danışılsa, bu dəhlizlər çoxdan planlaşdırılıb və Çin tərəfindən maliyyələşdirilir. Gəlin, unutmayaq ki, çinlilər artıq beş ildir İpək Yolunu aparırlar və bu, Pakistan və İrandan keçir, sonra Fars körfəzinə çatır, sonra isə Cənubi Qafqaza gəlir. Burada iki qanad var: AzərbaycanErmənistana. Biz indiki anda məhz bu prosesi görürük. Bu gün Cənubi Qafqazın ən yaxşı yolları Azərbaycandadır. Bu ölkə yolların keyfiyyətinə görə dünyada 35-ci yeri tutur. Yanılmıramsa, Gürcüstan isə 94-cü, Ermənistan 95-ci yerdədir. Biz yolların keyfiyyətinə görə bir-birimizə çox yaxınıq. İndi bu proqramın gerçəkləşdirilmsi bizdən, nə qədər effektli işləyəcəyimizdən və nəqliyyat kommunikasiyalarını nə qədər inkişaf etdirəcəyimizdən asılıdır. Bu, çox yaxşı, önəmli, uzunmüddətli proqramdır. Söhbət, hər şeydən qabaq, sərnişin daşımalarından gedir. Özəlliklə də bilirik ki, Potidə yeni terminal tikilir, Batumidə çox ciddi yük terminalı var. Əslində,Mərkəzi Asiya və Qərbi Çinin, Sintszyan-Uyğur muxtar bölgəsinin bütün ticarət potensialı məhz bu yol üzərindən gerçəkləşdirilə bilər, çünki “bir qurşaq, bir yolu” nəyi bildirir? Bu, birinci növbədə Çinin şərq sahilindən başlanan dəniz yoludur. Amma Çin indi özünün qərb bölgələrini inkişaf etdirir. Bu yük daşımalarını isə bizim ərazilər üzərindən həyata keçirmək əlverişlidir. Burada siyasət yoxdur, xalis iqtisadiyyatdır. Bunu konkret yük daşıyan müəyyən edəcək. Ona necə əl versə, elə də edəcək. Bu məsələnin siyasi tərəfinə gəlincə, belə səfərlər bu cür proqramların gerçəkləşdirilməsi üçün zəmin yaratmaqdan ötrü gərəkdir.

-Bəs İran qazının Ermənistan və Gürcüstan əraziləri üzrə tranziti nə qədər praktikdir?

–Son dərəcə şübhəlidir. Bunu anlamaq üçün ancaq bir suala cavab vermək lazımdır – Ermənistanda qaz-nəqliyyat sisteminin sahibi kimdir? “Qazprom Ermənistan” şirkəti. Onlar imkan versələr, onda bu, mümkün olacaq, amma “Qazprom” rəqibi niyə buraxmalıdır ki, İran qazını Avropaya nəql etsin? Düşünmürəm ki, “Qazprom” razılaşar.

–Başqa sözlə, bu durumda Rusiyanın razılığı gərəkdir.

–Əlbəttə. Söhbət qaz tranzitindən gedirsə, bu, Rusiyanın razılığı olmadan mümkün deyil. əslində, İrandan Gürcüstana qaz tranziti haqda söhbət olmayıb da. Hətta Ermənistana İrandan qaz lazım olsa, onda bu da şübhəlidir. Sizsə qaz ixracından danışırsınız. Amma, əlbəttə, İran-Ermənistan-Gürcüstan qaz işbirliyi coğrafi baxımdan olduqca məntiqlidir. Bu, göz qabağındadır. Sadəcə, problem bundadır ki, coğrafiya və geopolitika bir az müxtəlif şeylərdir.

-Bəs mümkündür ki, ErmənistanQazprom”la müqavilələrə yenidən baxsın?

– Oooooo, bu, çox çətindir. Problem bundadır ki, Ermənistan tərəfdən “Qazprom”la bağlanan sazişlərə yenidən baxılması Ermənistanın Ermənistan-Rusiya münasibətlərini yenidən nəzərdən keçirməsi deməkdir. Yumşaq desək, buna az inanıram. Buna mane olan son dərəcə çoxlu amil var.(Tərcümə Strateq.az)

pia.az


Etiket: Gela Vasadze

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar