Cümə axşamı, 27 İyun 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Azercell abunəçilərini Novruz bayramında sevindirməyə davam edir

Azərbaycanın telekommunikasiya bazarında lider mobil operator olan Azercell abunəçilərini Novruz bayramı ərəfəsində sevindirməyə davam edir

Bu dəfə Azercell mart ayının 19-dan 31-dək hər yeni Fakturasız Xətt nömrə alan abunəçiyə şəbəkədaxili danışıqlar üçün pulsuz 500 dəqiqə hədiyyə təqdim edir.

Kampaniya haqqında ətraflı məlumat üçün

https://www.azercell.com/az/personal/campaigns/monthly/welcomecamapaign/ səhifəsinə daxil olun.

Şirkət bayramlarda ölkə xaricinə sayahət edən abunəçilərini də ututmayıb.
Azercell rominq internet paketlərinin çalışdığı ölkələr siyahısını növbəti dəfə genişləndirərək, siyahıya BƏƏ və Çin ölkələrini də əlavə edib. Belə ki, artıq Azercell abunəçiləri 52 ölkədə 70-dən çox operatorun şəbəkəsində Rominq İnternet Paketlərindən istifadə etmə imkanına malikdirlər və siyahı daim yenilənir.

Qeyd edək ki, Azercell istifadəçilərinə rominqdə internet xidmətlərindən faydalanmaq üçün 2 paket təqdim edir: 19.90 AZN ödəməklə 1GB həcmində internet paketi və yaxud 9.90 AZN ödəməklə 400MB həcmində internet paketi.
Xatirladaq ki, hazırda Türkiyə, Gürcüstan, ABŞ, Qətər, Belarus, Finlandiya, Özbəkistan, Yeni Zelandiya, BƏƏ və Çin kimi populyar istiqamətlərdə Azercell abunəçiləri prioritet operatoru seçmək zərurəti olmadan istənilən operatorun şəbəkəsində internet xidmətindən istifadə edə bilərlər,.çünki rominq internet paketləri həmin ölkələrdə bütün şəbəkər üçün etibarlıdır.

Rominq internet paketləri haqqında ətraflı məlumat üçün https://www.azercell.com/az/personal/roaming/internetroaming/ səhifəsinə daxil olun.

Azercell-in Novruz bayramında təklif etdiyi fürsətləri qaçırmayın! Bu bayram əzizləriniz və sevdikləriniz ilə bol-bol ünsiyyətdə olun!
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

pia.az

Etiket:

Şərh yazın.

loading...