Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan İran qazını Avropaya qədər apara bilərmi?

İran qazının Ermənistandan Gürcüstana, ordan da Avropaya çatdırılması nə qədədr inandırıcıdır?

Politoloq: “Ermənistan müəyyən dərəcədə mövqelərini möhkəmləndirmək üçün İrandan qaz almağı düşünür ki, Rusiyanın qiymət artımına qarşı İran kartından istifadə etsin”

İranın gələcəkdə həm Gürcüstana, həm də Avropaya həmin xətt vasitəsilə böyük həcmdə qaz ötürməsi perspektivləri çox zəifdir”.

Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli İran qazının Ermənistana çatdırılması ilə bağlı mövzunu şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Ermənistan baş nazirinin İrana səfərindən sonra İran qazının Ermənistana və Gürcüstana çatdırılması və oradan Avropaya bazarlarına çıxarılacağı barədə müxtəlif fikirlər səslənir. Erməni siyasətçiləri hesab edirlər ki, İran qazı tezliklə Ermənistana və Gürcüstana çatdırıla bilər. Bu isə regionda siyasi, ictimai, iqtisadi və digər münasibətlərin, əlaqələrin dəyişməsinə səbəb olacaq. Lakin Gürcüstanda bu fikirdə olmayan siyasətçilər və ekspertlər vurğulayırlar ki, İran qazının Ermənistan və Gürcüstana çatdırılması inandırıcı deyil. Belə ki, İran qazının Ermənistan və Gürcüstana satılması üçün ilk növbədə bu ölkələri “mavi yanacaqla” təmin edən ölkələrin razılığı lazımdır.

Politoloq Quram Marxuliya görə, İran qazının Ermənistan və Gürcüstana, eləcə də bu ölkələrin ərazisindən keçməklə birbaşa Avropaya çıxarılması mümkünsüzdür. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi məsələni bilərəkdən qabartmaqla və tez-tez mətbuatda bununla bağlı yalan məlumatlar yaymaqla ictimaiyyəti aldadır.

Maraqlıdır ki, İran qazının Ermənistana çatdırılması mümkündürmü və İran qazının Ermənistana çatdırılması regiondakı iqtisadi-siyasi gedişata necə təsir edə bilər? Bu addımın İran-Azərbaycan iqtisadi əlaqələrinə hansısa mənfi təsiri ola bilərmi?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı iqtisadçı ekspert Natiq Cəfərlinin fikirlərini öyrənib.

Natiq Cəfərli: “Ermənistanın İrandan qaz alması ABŞ tərəfindən xoş qarşılanmayacaq”.

İran qazının Ermənistana çatdırılması baş tutarsa, yüksək perspektivin gözlənilmədiyi vurğulayan iqtisadçı ekspert Natiq Cəfərliyə görə, istənilən halda bu gedişat Azərbaycan-İran münasibətlərinə mənfi təsir göstərə bilər:

“Əslində İranla Ermənistan arasında qaz kəməri çoxdan mövcuddur. Bu, təqribən 1 milyard kub/metr qaz keçirmək qabiliyyətinə malik olan bir kəmərdir. Lakin Ermənistanın əsas qaz tədarükçüsü Rusiya olduğuna görə İrandan alınan qazın həcmi həmişə çox aşağı olub. Sanki bir rezerv rolunu oynayıb. Əgər hansısa formada Rusiyadan gələn qaz təchizatında bir problem yaşansa, İran həmişə Ermənistana dəstək olub və həmin kəmər vasitəsilə ildə təqribən 200-250 milyon kub/metr qaz ötürülür.

Ermənistanla Gürcüstan arasında da qaz xətti var. Bu xətt Rusiya qazının Gürcüstandan keçməklə Ermənistana çatdırılmasını nəzərdə tutur. Yəni, bu günə qədər həmin qaz kəməri əks istiqamətdə çalışmayıb. Əslində bunu texniki və nəzəri olaraq, həyata keçirmək mümkündür. Lakin düşünmürəm ki, İran qazının hansısa formada Avropaya çatdırılması bu şəkildə mümkün olsun.

Birincisi, İrana qarşı çox ciddi sanksiya rejimi var və böyük layihələrdən kənarda saxlanılıb. Yeri gəlmişkən, Ermənistanın İrandan qaz alması da ABŞ tərəfindən xoş qarşılanmayacaq. Çünki ABŞ çox sərt şəkildə İranın enerji daşıyıclarının bazara çıxarılmasının qarşısını almağa çalışır. Ona görə də böyük perspektivin olacağına inanmıram. Hər halda Ermənistanın özü üçün Rusiya qazının təsirlərini neytrallaşdırmaq məqsədiylə İrandan daha çox qaz ala bilər.

Natiq Cəfərli: “Ermənistanla İran arasındakı münasibətlər Azərbaycan-İran münasibətlərinə təsir edir və müəyyən neqativ fon yaradır”.

Onu da qeyd edim ki, bu ilin əvvəlindən Rusiya Ermənistana qarşı qiymətləri qaldırmaq istəyirdi. Danışıqlar hələ də tam yekunlaşmayıb. Bu danışıqlarda Ermənistan müəyyən dərəcədə mövqelərini möhkəmləndirmək üçün İrandan qaz almağı da düşünür ki, Rusiyanın qiymət artımına qarşı İran kartından istifadə etsin. İranın gələcəkdə həm Gürcüstana, həm də Avropaya həmin xətt vasitəsilə böyük həcmdə qaz ötürməsi perspektivləri çox zəifdir.

Azərbaycan daim İranla normal qonşuluq münasibətlərinin saxlanmasının tərəfdarı olub. Lakin İranın hər dəfə müxtəlif diplomatik kanallarla işğalçı dövlət Ermənistana iqtisadi və texniki dəstək göstərməsini tənqid edib. Təbii ki, Ermənistanla İran arasındakı münasibətlər Azərbaycan-İran münasibətlərinə təsir edir və müəyyən neqativ fon yaradır. Ancaq İran tərəfi həmişə ticarət münasibətlərinin Azərbaycan-İran münasibətlərinə təsir etməyəcəyini bildirir və rəsmi olaraq bu prosesin Azərbaycana qarşı olmadığını qeyd edir. Əməldə görünən odur ki, Ermənistanın ən zəif vaxtlarında belə İran tərəfi müəyyən iqtisadi layihələrlə dəstək olmağa çalışır”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar