Cümə axşamı, 27 İyun 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Tarixin ən yaxşı futbol məşqçilərinin reytinqi açıqlanıb

Fransanın “France Football” nəşri tarixin ən yaxşı futbol məşqçilərinin siyahısını açıqlayıb

Reytinqə hollandiyalı Rinus Mixels başçılıq edir. Şotlandiyalı Aleks Ferqyuson ikinci sıradadır. “Üçlüy”ü italiyalı Ariqo Sakki qapayır.

İlk “onluq”da həmçinin hollandiyalı Yohan Kroyff, ispaniyalı Xosep Qvardiola, ukraynalı Valeri Lobanovski, fransalı Elenio Errera, italiyalı Karlo Ançelotti, avstriyalı Ernst Happel və şotlandiyalı Bill Şenkli yer alıb.

Qeyd edək ki, Hollandiya millisi AVRO-1988-də R.Mixelsin rəhbərliyi altında çempion olub. 2005-ci ildə 77 yaşında vəfat edən mütəxəssis “Ayaks”la 4 dəfə ölkə çempionu olub, 3 dəfə Hollandiya Kubokunu qazanmaqla yanaşı, Çempionlar Liqasını əldə edib. O, “Barselona”nın sükanı arxasında ölkə çempionu olmaqla yanaşı, İspaniya Kubokunu götürüb. R.Mixels “Köln”ün baş məşqçisi kimi Almaniya Kubokunda da uğur qazanıb.

pia.az


Şərh yazın.

loading...