Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni Zelandiya hökuməti silah haqqında qanuna düzəlişləri dəstəkləyib

Yeni Zelandiyanın Baş naziri Casinda Ardern hökumətin Christchurch şəhərində törədilən terror aktı ilə əlaqədar silah haqqında qanuna düzəlişləri dəstəklədiyini bildirib

Casinda Ardern hələlik qanuna düzəlişlərin detallarını açıqlamayıb. Baş nazir, həmçinin faciə ilə əlaqədar ölkədə ümummilli matəm elan olunacağını desə də, onun nə vaxt baş tutacağını dəqiqləşdirməyib.

Xatırladaq ki, martın 15-də Yeni Zelandiyanın Christchurch şəhərinin Hagley Park qəsəbəsində yerləşən Əl-Nur və Linvud məscidlərinə cümə namazı vaxtı silahlı hücum təşkil edilib. Son məlumata əsasən, on dəqiqə aralıqla baş verən terror aktı nəticəsində 3 yaşdan 77 yaşadək 50 nəfər həlak olub, 40-dan çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılardan 34-ü hələ də xəstəxanalarda müalicə alır, onlardan 12-nin vəziyyəti ağırdır.

Yerli mediada yer alan digər xəbərə görə, terror qurbanlarının ailələrinə yardım fonduna internet üzərindən 7,5 milyon dollara yaxın vəsait köçürülüb.(azərtac)

pia.az


Etiket: Casinda Ardern

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar