Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

12 il sonra üçəmləri oldu, üçotaqlı mənzil bağışlandı - Foto

2019-cu ilin Novruzu Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Ömər Ələkbərovun ailəsinə də xoş müjdələrlə qədəm qoyur. On iki ilin həsrətindən sonra onun iki oğlan və bir qız olmaqla, üçəm körpəsi dünyaya gəlib. Uşaqlara erməni vəhşiliyinin qurbanı olan məsum körpə Zəhranın və milli qəhrəmanlarımız Mübarizlə Çingizin adları verilib. Körpələr sağlam və gümrahdırlar

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ömər Ələkbərov Gəncə şəhərində anadan olub. Müddətli həqiqi hərbi xidmətini Naxçıvan Muxtar Respublikasında, Ermənistanla sərhəddə ön sərgərdə başa vurduqdan sonra həyatını həmişəlik olaraq orduyla bağlayıb. Beş ildən çoxdur ki, Vətənə sədaqətlə xidmət edir. Nümunəvi davranışı, nizam-intizamı və döyüş qabiliyyəti, peşəkarlığı ilə silahdaşlarının və komandirlərinin rəğbətini qazanıb. Cəbhə bölgəsində xidmətlərinə görə dəfələrlə mükafatlandırılıb. Hazırda motoatıcı taqım komandirinin müavinidir. Üçəm körpələrinin dünyaya gəlməsi 13 yaşında itirdiyi ata-anasının yoxluğunu qismən də olsa ona unutdurub.

Müdafiə Nazirliyinin rəhbərliyi və Ö.Ələkbərovun xidmət etdiyi hərbi birliyin komandanlığı ailənin bütün problemlərini qarşılamağı öz üzərlərinə götürüb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığı ilə bir qrup əməkdaş bu gün üçəm körpəni K.Fərəcova adına Elmi-tədqiqat Pedriatriya İnstitutundan təntənə ilə çıxarıblar.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani Müdafiə Nazirliyi rəhbərliyinin, eləcə də, bütün hərbi qulluqçuların adından ailəyə gözaydınlığı verib, tibb işçilərinə minnətdarlığını bildirib. Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin Mahnı və Rəqs ansamblının milli geyimli üzvləri şirinlik paylayıb, üzərlik yandırıblar. Gəncə şəhərində üçotaqlı xidməti mənzilin açarları ailəyə təqdim edilib.

Baş həkim, tibb üzrə fəlsəfə doktoru, dosent Səadət Ələsgərova və tibb elmləri doktoru, həkim Ədilə Hacıyeva Müdafiə Nazirliyinin bu təşəbbüsünü yüksək dəyərləndirib, körpələrin valideynlərini bir daha təbrik edib və Azərbaycan əsgərlərinə səmimi salamlarını çatdıraraq Qarabağa zəfər yürüşündə qəhrəman döyüşçülərimizin sıralarında olacaqlarını vurğulayıblar.

Kiçik çavuş Ömər Ələkbərov göstərilən diqqət və qayğıya görə Ali Baş Komandana, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirərək deyib: "Mən Azərbaycan Ordusunun əsgəri olmağımla fəxr edirəm. Arxamızda böyük bir xalqın və cənab İlham Əliyev kimi müdrik Prezidentin, qətiyyətli sərkərdənin durmasından qürur duyuram. Ölkəmizin iqtisadi potensialının dinamik inkişafı nəticəsində Ordumuzun maddi-texniki bazası daha da möhkəmləndikcə, biz hərbi qulluçuların sosial müdafiəmiz, xidmət və mənzil-məişət şəraitimiz, ailələrimizə göstərilən qayğı da bir o qədər yüksəlir. Mənə və ailəmə bu gün göstərilən qayğı ümumiyyətlə, hər bir hərbi qulluqçuya göstərilən diqqət və qayğının daha bir bariz nümunəsidir. Bircə o qalır ki, biz də göstərilən etimadı nümunəvi xidmətlərimizlə doğruldaq. Mən Ali Baş Komandanımızı və Müdafiə Nazirliyinin rəhbərliyini əmin edirəm ki, bundan sonra da Vətən qarşısında əsgəri borcumu şərəflə yerinə yetirəcək və əməli fəaliyyətimlə ümidləri doğruldacağam".

Üçəm körpə və valideynləri musiqi sədaları altında Gəncəyə - yeni ünvana yola salınıblar.

pia.az


Etiket: Üçəmlər

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən çox oxunanalar