Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sasna Tsrer” terrorçuları Dağlıq Qarabağın Ermənistana “birləşdirilməsi” üçün imza toplayır

Ermənistanın “Sasna Tsrer” siyasi partiyası Dağlıq Qarabağın Ermənistana “birləşdirilməsi” üçün imza toplanışına başlayır

Bunu martın 18-də keçirilmiş mətbuat konfransında partiyanın katibliyinin koordinatoru Varujan Avetisyan bildirib. Siyasətçi hesab edir ki, qondarma respublikanın sakinləri Ermənistanda keçirilən seçkilərdə və referendumlarda iştirak etməlidirlər.

Partiyanın üzvü Jirayr Səfilyan “Dağlıq Qarabağ Respublikası”nın yaşadığı “abxazizasiya” təhlükəsindən və uzun müddətə tanınmamış “dövlət” olmaq riskindən danışıb.

“Bu gün Abxaziya ilə Cənubi Osetiyanın statusu nədir? Həmin təhlükə Dağlıq Qarabağın da başının üstünü alıb”, - Səfilyan deyib.

“Sasna Tsrer” partiyasının Dağlıq Qarabağ “şöbəsi”nin koordinasiya şurasının üzvü Mxtiar Avetisyan xatırladıb ki, “respublika”nın Azərbaycanın tərkibindən “çıxması”nın məqsədi onun sonradan Ermənistana “birləşdirilməsi” idi.

Ötən ilin sonunda Ermənsitanda keçirilmiş parlament seçkilərində “Sasna Tsrer” seçicilərin səslərinin 2%-dən az hissəsini toplayaraq parlamentə keçə bilməmişdi. Lakin partiyanın 2016-cı ildə Yerevanda təşkil etdiyi kütləvi eritazlar vaxtı ABŞ səfirliyi gözlənilmədən onu dəstəkləmişdi.(virtualaz.org)

pia.az


Etiket: İmza toplamaq

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar