Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəsimi rayonunda Azərbaycan təhlükəsizlik orqanlarının 100 illiyi qeyd edildi - Fotolar

Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi münasibəti ilə Nəsimi rayonunda tədbir keçirilmişdir


.Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Dövlət Təhlükəsizliyi Xidmətinin Nəsimi Rayon İdarəsinin bir qrup əməkdaşı, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri, ictimaiyyətin nümayəndələri əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra tədbir rayon İcra Hakimiyyətinin akt zalında dövlət himninin səsləndirilməsi ilə davam etdirilmişdir.

Sonra Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyünün təmin olunması yolunda şəhid olmuş oğul və qızlarımızın, xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına  dünyasını dəyişmiş təhlükəsizlik orqanları əməkdaşlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi münasibəti ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Nəsimi Rayon İdarəsinin şəxsi heyətini və təhlükəsizlik orqanlarının veteranlarını təbrik etmiş, ölkəmizin milli maraqlarının, mənafelərinin etibarlı təmin olunması və qorunması istiqamətindəki dəyərli fəaliyyətlərində uğurlar arzulamışdır.

Natiq qeyd etmişdir ki, təhlükəsizlik orqanlarının fəaliyyətinin böyük bir dövrü Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin Azərbaycan qarşısında ən böyük xidmətlərindən biri də siyasi tariximizdə ilk dəfə təhlükəsizlik orqanlarının milliləşdirilməsinə nail olmasıdır.

Ulu Öndər ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra təhlükəsizlik orqanlarının fəaliyyətinə qayğı ilə yanaşmış, Ümummilli Liderin Fərmanı ilə 1998-ci ildə Milli Təhlükəsizlik Akademiyası təsis edilmişdir. Bu gün Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən bu ənənələr uğurla davam etdirilir.

Ümummilli lider Heydər Əliyevin çox gənc yaşlarından dövlət təhlükəsizlik orqanlarında xidmətə başlaması onun gələcək həyat yolunu müəyyənləşdirən başlıca amillərdən biridir. Sovet hakimiyyəti dövründə özünün nadir istedadı və fenomenal xüsusiyyətləri sayəsində təhlükəsizlik orqanlarında siravi əməkdaşdan komitə sədri və general-mayor rütbəsinədək yüksəlmiş ilk azərbaycanlı kimi adını tarixə yazdıran Heydər Əliyev həm də müstəqil Azərbaycanın milli təhlükəsizlik konsepsiyasının müəllifi və onun gerçəkləşməsini təmin edən səmərəli idarəçilik sisteminin yaradıcısıdır.

Bildirilmişdir ki, Sovet hakimiyyəti illərində dövlət təhlükəsizlik orqanlarının fəaliyyəti tamamilə siyasiləşdirilmiş, hakim kommunist ideologiyasının tələb və prinsiplərinə tabe edilmişdir. Belə bir şəraitdə milli düşüncəyə, doğma xalqına məxsus mənəvi-əxlaqi dəyərlərəsadiq qalmaq xüsusi xidmət orqanı  əməkdaşından böyük hünər və cəsarət tələb edirdi. Ulu öndər Heydər Əliyev yalnız özünün fenomnal şəxsi keyfiyyətləri sayəsində bu çətin missiyanın öhdəsindən layiqincə gəlmişdir.

Ulu öndər daim milli təhlükəsizlik orqanlarının fəaliyyətini diqqətdə saxlayırdı. Azərbaycan Respublikasının Prezidenti kimi Heydər Əliyev özünün 23 mart 1997-ci il tarixli sərəncamı ilə ölkəmizdə təhlükəsizlik orqanlarının peşə bayramı gününü təsis etmişdir.

Ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bu gün Azərbaycan bölgənin lider dövləti kimi digər sahələrdə olduğu kimi təhlükəsizlik sistemində də öz layiqli yerini tutur.

Tədbirdə məruzə ilə çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin Nəsimi Rayon İdarəsinin rəisi polkovnik İlham Qasımzadə Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının keçdiyi uzun və şərəfli  yol barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.

Tədbirdə “Alyans” Azərbaycan Respublikasının Xüsusi Xidmət Veteranları Birliyinin sədr müavini Azər Qarayev və Dövlət Təhlükəsizliyi Xidmətinin Nəsimi Rayon İdarəsinin əməkdaşı Azər Hacıyev çıxış etmişdir.

Tədbiri yekunlaşdıran rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov qeyd etmişdir ki,  möhtərəm Prezidentimiz cənab İlham Əliyev sürətlə dəyişən müasir dünyada Azərbaycan dövlətinin və xalqının maraqlarını uğurla müdafiə edir, ölkənin ərazi bütövlüyünün bərpası və təhlükəsizliyinin təmin olunması istiqamətində çox mühüm və taleyüklü addımlar atır.

Sonra Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının 100 illiyi münasibəti ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Nəsimi Rayon İdarəsinin bir qrup əməkdaşına rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları və hədiyyələr təqdim olunmuşdur Tədbirin sonunda iştirakçılar Azərbaycan təhlükəsizlik orqanlarının 100 illiyinə həsr olunmuş filmə baxmışlar.

pia.az

Fotolar




Etiket: Nəsimi rayonu

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar