Şənbə, 20 Aprel 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

NATO-Gürcüstan hərbi təlimləri başlayır

Martın 18-də Gürcüstanda NATO-nun 24 üzvündən 350 nəfərin iştirakıyla birgə hərbi təlim başlanır

“NATO-Gürcüstan Təlimləri 2019” adlanan tədbir martın 29-dək davam edəcək. Təlimlər Tiflisin yaxınlığındakı Krtsanisi Milli Təlim Mərkəzində gerçəkləşdirilir.

Bu təlim “Gürcüstan üçün vacibdir və NATO-Gürcüstan hərbi-siyasi əməkdaşlığının gücləndirilməsində mühüm hədəfdir”, – hərbi alyans bəyanatında bildirib.

Təlim zamanı NATO-nun Baş katibi Jens Stoltenberqin Gürcüstana səfər edəcəyi, ölkə rəhbərliyi ilə görüşəcəyi, tədbirə qatılacağı gözlənir. İlk NATO-Gürcüstan təlimi 2016-cı ildə keçirilib. 2008-ci il sammitində NATO Gürcüstanın alyansa üzvlüyünə razılaşsa da, bunun üçün konkret tarix qoyulmayıb. Amma o vaxtdan hər bir sammitdə ölkənin üzvlük perspektivi təsdiqlənib.

Keçmiş sovet respublikası olan Gürcüstanın 3,7 milyon nəfər əhalisi var. Müdafiə naziri Levan Izoria martın 18-də deyib ki, hərbi təlimlər müdafiə xarakterlidir, Rusiyaya qarşı yönəlməyib.

Moskva NATO-nun genişlənməsinə qarşı çıxır, özəlliklə Gürcüstan və Ukraynanın alyansa potensial üzvlüyünə qəzəblə yanaşır. Rusiyanın Gürcüstanın separatçı Cənubi Osetiya və Abxaziya bölgələrində əsgərləri var, 2008-ci ilin avqustunda Gürcüstanla qısa müharibədən sonra bu regionların müstəqilliyini tanıyıb.

Rusiya əsgərləri bu iki regionun Gürcüstanla de-fakto sərhədlərini qoruyur.(Azadlıq radiosu)

pia.az

Etiket:

Şərh yazın.

loading...