Bazar ertəsi, 17 İyun 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Xristian terroru – Dünya artıq məsihçi terror dönəminə girir?..

Qərb dünyası nədən Yeni Zelandiyada cümə namazında 2 məsciddə 50 müsəlmanın qətlə yetirilməsini terror olaraq qəbul etmir?

Hüseyn Likoğlu,
“Yeni Şafak” qəzeti, Türkiyə, 18 Mart 2019-cu il

Yeni Zelandiyada İslamı hədəfə alan və cümə namazında 2 məsciddə 50 müsəlmanı qətlə yetirən səlib (xaçlı) hücumu artıq dünyada yeni qaranlıq dövrün başlanğıcı kimi qəbul edilir. Qərb dünyası bu hücumla bağlı “terror” sözünü işlətmədiyi halda, Türkiyə başda olmaqla, bir çox müsəlman ölkəsi bu hücumu “xaçlı terroru” adlandırıb.

Hücumun bir xristian terroru olduğu aydındır. Lakin daha təhlükəli bir vəziyyətlə üz-üzəyik. Daha doğrusu, səlib təfəkkürünün yeni nəsil hücumu ilə üz-üzəyik. İslamın ortaya çıxmasından dərhal sonra başlayan səlib hücumları bu günə qədər də aralıqsız davam edir.

Yeni Zelandiya terror hücumu çox yeni bir vəziyyəti ortayaqoyub. 1700-cü illərin sonu və 1800-cü illərin əvvəllərində Xristian dünyasında yeni bir anlayış yaranmışdı. Conatan Edvards tərəfindən əsas qoyulmuş “Böyük Oyanış” adlı hərəkat sürətlə təşkilatlanaraq bu günkü yevangelizmin təməlini qoymuşdu. Özündən başqa hər şeyin əleyhinə olan bu anlayış ən çox da İslama və müsəlmanlara düşmənçilik edirdi.

Əsas vəzifələrini missionerlik üzərində quran bu təşkilat o qədər güclənib ki, ABŞ hökuməti başda olmaqla, bir çox dövlətin rəhbərliyini ələ keçirib. Eyni zamanda, bir çox qlobal şirkətə rəhbərlik edən bu təşkilat trilyonlarla dollar pula sahibdir. Bu qurumu təşkilatlandıran şəxslərin başında Samuel Svemer durur. Bu şəxsləri xüsusilə qeyd edirəm, çünki bu şəxslər üzərində araşdırma aparmasaq, Yeni Zelandiyada qətliam edən terrorçunun “Facebook” vasitəsilə yayımladığı manifesti başa düşə bilmərik.

Əsas inancları İsa Məsihin dünyaya yenidən qayıtması olan bu azğın təşkilat İncildən çıxardığı kəhanətləri həyata keçirməyi və Məsihin gəlməsi ilə dünya hakimiyyəti qurmağı hədəfləyir. “Qiyamət gününə doğru 2015-2021: Kəhanət kodları və günlərin sonu ilə Armagedonun yaxınlaşdığını bildirən işarələr” (“Apocalypse Countdown 2015 to 2021: Prophecy Codes and Signs that Signal the End of Days & Armageddon is Imminent”) kimi kitablarda və “http://christinprophecy.org/articles/the-wars-of-the-end-times/, http://so4j.com/end-times-events” kimi minlərlə saytda bu kəhanətlərdən bəhs edilir.

Bəli, bu azğın cərəyanın verdiyi bəzi kəhanətlərə görə 2015-2021-ci illərdə, bəzilərinə görə isə 2018-2025-ci illərdə İsa Məsih göy üzündən yerə enəcək. Lakin İsa Məsihin gəlməsi üçün gərək yer üzündə böyük xaos baş versin: Qüds müsəlmanlardan təmizlənsin, Dəccal kimi görülən müsəlmanlar məhv edilsin və dünya əhalisinin ən azı 1/3-i yox edilsin.

Yeni Zelandiyadakı terror hücumuna yenidən nəzər salsaq, bunu Məsihi göydən endirmək üçün yer üzündə bir zəmin hazırlamaq məqsədilə edilən bir hücum kimi qiymətləndirmək olar. Hücumlara başladıqları üçün, böyük ehtimalla, bu şəkildə də davam etdirəcəklər. Bu terrorçular dünyanın ən böyük kəşfiyyat qurumlarında yetişdirilirlər. Müsəlman kimi görünən, əslində isə məsihçi olan “Əl-Qaidə” və İŞİD kimi terror təşkilatlarını da bu cərəyan yaradıb. Bu azğın təşkilat “medlərin yenidən oyanması” kimi kəhanətlər proqnozlaşdırırlar. Medlər isə Mesopotamiyadakı kürdlərdir. Suriya, İraq və Türkiyəki kürd mənşəli terror təşkilatları da bu azğın cərəyanın əlaltısıdır.

Fətullahçı terror təşkilatı bu azğın cərəyanın ən önəmli ünsürüdür. Pensilvaniya iblisinin 1996-cı ildə dediklərinə baxaq: “Həzrəti Məsih istər şəxs, istərsə də, mənəvi şəxs kimi başa düşülsə də, onun yer üzünə enməsindən öncə bizə düşən vəzifələr var. Bunu belə anlamaq olar ki, vəziyyət onun təmsil etdiyi ruha və mənaya uyğun hazırlanmalı, mehdiçilik, məsihçiliklə bəslənən insanların yetişdirilməli, dünya tarazlığı yenidən qurulmalıdır”.

Yeni Zelandiyada qətliam edən xristian terrorçunun Türkiyəni bu qədər açıq şəkildə hədəf alması əbəs deyil. Bu terrorçu və onun arxasındakılar çox yaxşı bilirlər ki, İsa Məsihi göydən endirmək üçün qurduqları planı poza biləcək yeganə ölkə Türkiyədir. Yeni Zelandiyada məsciddə müsəlmanlara güllə atan əl ilə 15 iyul gecəsi Anadolu tərəfindən Avropaya keçməyə çalışan qəhrəmanlara güllə atan əl eynidir.

Yeni Zelandiya hücumu son vaxtlarda yevangelistlərin Qüds üzərində oynadıqları oyunlardan kənarda deyil. Bu hücum yeni dönəmdə Qüds məsələsində qurulacaq planlardan və xəyanətlərdən xəbər verir. Yeni Zelandiya hücumu ilə İsrailin baş naziri Netanyahunun Prezident Ərdoğana hücumu bir-birindən elə də fərqlənmir.

Məsciddə müsəlmanlara güllə atan terrorçu ilə Prezident Ərdoğana kin qusan Netanyahu eyni təfəkkürün yetirməsidir. Camal Qaşıqçı cinayəti ilə Fələstinin işğal edilməsi məsələsində Səudiyyə Ərəbistanının əl-qolunu bağlayan əl ilə Misirdə çevriliş edib Sisini rəhbər edən əl eynidir.

Xülasə, dünya artıq məsihçi bir terror dönəminə girib. Dünya ya sağlam düşüncə ilə bu azğın dönəmin sonunu gətirəcək, ya da qarışısı alınmaz bir şiddətə və müharibəyə doğru sürüklənəcək. Bu məsələdə ən böyük iş müsəlman dünyasına düşür. İnşallah Allah İslam dünyasına bu fərasəti nəsib edər...

Tərcümə PİA.az-ındır

Orjinal

Fatimə ƏLİYEVA
pia.az


loading...