Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MTRŞ-nın şöbə müdiri "Manpası" verilişinin aparıcılarını tənqid edib

"Son vaxtlar Novruz bayramının bir sıra atributlarının tənqidi, bu sahədə yeniliklərin zəruriliyi ilə bağlı fikirlərə tez-tez rast gəlinir"

Bunu  Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

O bildirib ki, hətta bu tip diletant fikirlər bəzən teleradio efirlərinə də yol tapır: "Məsələn, ötən həftə Media FM-in "Manpası" verilişinin aparıcıları keçəl və kosa personajlarının guya dövrə, zamana uyğun olmadığı və ümumiyyətlə Novruz bayramının rebredinq olunması ilə bağlı fikirlər səsləndirirdilər. Fikrimcə, əvvəla, ənənələrə hörmət edilməlidir. Bu dəyərlər uzun əsrlərin sınağından çıxıb. İkincisi isə Novruz adətləri hansısa aparıcının tənqid edə biləcəyi mövzu deyil. Aparıcının efirdə bu cür sərbəstliyi, böyük-böyük danışması yolverilməzdir. Aparıcı zəhmət çəksin öz miqyasında olan məsələlərə münasibət bildirsin. Ümumiyyətlə bəzi aparıcılarda verilişlərinin reytinqinin gətirdiyi başgicəllənməsi hiss olunur. Ola bilsin həmin aparıcıdan da kimlərinsə, xoşu gəlmir. Onda tələb etsinlər ki, həmin aparıcını da "rebredinq" eləsinlər? Ümumiyyətlə, Novruz adətlərinin, personajlarının gözdən salınmasında medianın müəyyən rolu var. Belə ki, komediya adı altında hansısa tamaşada, serialda kosa və keçəlin iştirakı ilə səviyyəsiz komik səhnələr çəkilib nümayiş etdirilir… Yaradıcı işlə məşğul olanlar öz məsluliyyətlərini hiss etməlidirlər. Çünki dəyərlər hamınındır, reytinq xatirinə aşağılana bilməz.

Pafoslu səslənsə də, milli dəyərlərin kreativliyə, innovasiyalara, rebredinqə ehtiyacı yoxdur".(Report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar