Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tərtərdə məcburi köçkün şəhərciyində Novruz şənliyi keçirilib - Fotolar

Tərtər rayonunda məcburi köçkünlərin məskunlaşdığı şəhərcikdə Novruz şənliyi keçirilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Beynəlxalq Muğam Mərkəzinin, TərtərAğdam rayonlarının icra hakimiyyətlərinin dəstəyi ilə Şıxarxda - vaxtilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazisi olan qəsəbədə təntənəli Novruz şənliyi keçirilib.

Bayram tədbirləri rəsmi qonaqların və ictimaiyyət nümayəndələrinin “Marağa-150” abidəsinə baş çəkməsi ilə başlayıb. Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, millət vəkilləri Qənirə Paşayeva, Mahir Abbaszadə iştirak edib.

Bayram şənliyində qəsəbədə xüsusi olaraq ayrılmış sahədə Novruz adət-ənənələri nümayiş olunub. TərtərAğdam rayonlarının mədəniyyət işçiləri çıxışlar edərək, Dədə Qorqud öyüd-nəsihətləri, bayram duaları, təbrikləri, Kosa və Keçəl duzlu-məzəli zarafatları ilə tədbiri şənləndiriblər.

Tədbir iştirakçıları Qarabağ mətbəxinin Novruz təamlarına – plov, səməni halvası, şəkərbura, paxlava, qovurğa və s. qonaq ediliblər.

İşğaldan azad edilmiş torpaqda üç yerdə tonqal qalanıb. Tarixi ənənələrə görə, bunlardan birincisi, el-obanı şənliyə, ikincisi, düşmənlə mübarizəyə, üçüncüsü isə birliyə çağırır.

Bayram şənliyi Bakıdan gəlmiş muğam ustalarının konserti ilə davam edib.

pia.az

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar