Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Latviyalı nazir: “Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlıqda maraqlıyıq”

Latviya Azərbaycanla yerüstü nəqliyyat əlaqələri üzrə əməkdaşlıqda maraqlıdır

Bunu Trend-ə eksklüziv müsahibəsində Latviyanın xarici işlər naziri Edqar Rinkeviç deyib.

O bildirib ki, tranzit Latviya iqtisadiyyatının vacib hissəsidir:

"Bu sahə bizim ümumi daxili məhsulun 3 faizini təşkil edir. Bu sektorun vacibliyini qəbul etməklə, Latviya öz imkanlarının genişlənməsi və tərəfdaşlarına daha keyfiyyətli xidmətlər göstərmək üzərində daim işləyir. Nəqliyyat şəbəkəsinin və infrastrukturun təkmilləşməsi həm də Avropa İttifaqının "Şərq tərəfdaşlığı" siyasətinin prioritetidir".

Nazir qeyd edib ki, Latviya Asiya, Mərkəzi Asiya, Qara dəniz ölkələri və Şimali Avropa arasında Azərbaycanla yerüstü nəqliyyat əlaqələri üzrə əməkdaşlıqda maraqlıdır:

"Azərbaycan ərazisindən iki vacib beynəlxalq nəqliyyat dəhlizi keçir: Baltik dənizinə çıxışı olan "Şimal-Cənub" beynəlxalq dəhlizi və Xəzər dənizi ilə Qara dəniz arasında strateji əlaqə yaradan və "Yeni İpək yolu"nun hissəsi olan Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRACECA)".

Onun sözlərinə görə, Azərbaycan Avrasiyada yeni nəqliyyat marşrutlarının inkişafında Latviyanın vacib tərəfdaşıdır:

"Latviya və Azərbaycanın dəmir yolu və liman infrastrukturunda ümumi maraqları var və hər iki ölkə bu əməkdaşlıqdan qazanacaq".

pia.az


Etiket: Nəqliyyat

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar