Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Beytulla Hüseynov da azadlıqda

“Rabitə işi”nin daha bir fiqurantı əfv edildi

Bu gün Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamda bir sıra tanınmış şəxslərin də adı var.

Onlardan biri də “Rabitə işi”nə görə həbsə alınmış Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq baş direktoru Beytulla Hüseynovdur.

Beytulla Hüseynov Eldar Mahmudovun yaxın qohumudur. Onun Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru vəzifəsinə təyinatı da məhz Eldar Mahmudovun sabiq rabitə naziri Əli Abbasova təzyiqləri nəticəsində baş tutmuşdu. Əli Abbasov “MTN işi” üzrə istintaqda ifadə verərkən bir daha təsdiqlənmişdi ki, Beytulla Hüseynovu Eldar Mahmudovun təkidi ilə baş direktor vəzifəsinə təyin edib.

Əli Abbasovun generallar Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mürvətova və digər MTN əməkdaşlarının işi üzrə ibtidai istintaqda dediklərindən sitat: “Ardıyca da Eldar Mahmudovun təkidi ilə Beytulla Hüseynovu Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru vəzifəsinə təyin edilməsi ilə bağlı əmr verdim. Təxminən 6 ay sonra Beytulla Hüseynovun təşkilatçılığı ilə Eldar Mahmudovla ona məxsus “Kristal Plazada” yerləşən restoranda görüşüb birlikdə yemək yedik. Daha sonra Eldar Mahmudovun xahişi ilə əmisi oğlu Mahmud Mahmudovu 2008-ci ildə “Azərpoçt MMC”-nin tərkibində olan “Mərkəzi xüsusi rabitə idarəsinin” direktoru vəzifəsinə təyin etdim. Eyni zamanda beynəlxalq rabitə kanalları ilə əlaqənin bilavasitə Eldar Mahmudovun xahişi ilə onun təklif etdiyi “Catburg” şirkəti vasitəsilə həyata keçirildi”.

Beytulla Hüseynovun təyinatı Eldar Mahmudova hər kəsi, ölkənin rəhbər şəxlərini belə dinləməyə imkan verib. Ona görə də Eldar Mahmudov Beytulla Hüseynovun həbsinə imkan verməməyə çalışırdı. Lakin o həbs olunsa da, sonradan cəzası azaldıldı, indi isə adı əfv sərəncamına salındı.

Xatırladaq ki, Beytulla Hüseynovla bağlı birinci instansiya məhkəməsinin verdiyi hökmdə onun dövlətə 21 milyon manatdan çox ziyan vurduğu əksini tapmışdı. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Beytulla Hüseynov 13 il müddətinə azadlıqdan məhrum edilmişdi. Sonradan onun vurduğu ziyanın həcmi 10 milyona qədər azaldılıdı.

Hətta Beytulla Hüseynovun məhkəmə dövründə dövlətə vurduğu 10 milyon manatlıq ziyanı tam ödədiyi açıqlandı. Bakı Apellyasiya Məhkəməsi də “bunu nəzərə alaraq” onun cəzasını 7 il 6 aya endirdi.

Apelyasiya instansiyası məhkəməsi 2017-ci ilin axırlarında qəbul etdiyi qərarla mümkün olan qədər cəzanı yüngülləşdirmiş və Beytulla Hüseynovun azadlıqdan məhrum etmə müddətini 7 il 6 aya kimi endirmişdi.

Ancaq narazı qalan Beytulla Hüseynov məhkəmə qərarından kassasiya şikayəti vermişdi. Üzərindən 1 il keçsə də şikayətə baxılmırdı.

Bu il yanvarın 16-da isə məhkəmədə məlum olmuşdu ki, Beytulla Hüseynov fikrini dəyişib və şikayətini geri götürüb. Bu barədə Ali Məhkəmədə sabiq vəzifəli rabitəçilərin işinə baxan hakim Əli Seyfəliyev məlumat vermişdi. Görünür bu da təsadüfi olmayıb. Ona əvvəlcədən adının əfv siyahısına salınacağı vəd edilib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar