Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Seymur Həzi əfv sərəncamından kənarda qaldı…

Prezident İlham Əliyev bugünkü əfv sərəncamı ilə bir çox tanınmış şəxslərə azadlıq bəxş etsə də, bu sərəncamı çoxdan gözləyən, lakin adı siyahıya düşməyənlər də az deyil

Misal üçün “Azadlıq” qəzetinin əməkdaşı, jurnalist Seymur Həzinin azad ediləcəyinə dair gözləntilər özünü doğrultmadı. Belə ki, hələ 2014-cü ildə həbs edilən və əksər hüquq-müdafiə təşkilatlarının “siyasi məhbus” hesab etdiyi jurnalistin adı əfv siyahısında yoxdur.

Xatırladaq ki, ki, S.Həzi 2014-cü ildə kifayət qədər müəmmalı ittihamlarla həbs olunaraq, 2015-ci ilin yanvarında 5 il müddətinə azadlıqdan məhrum edilmişdi. İttihamda deyilirdi ki, guya Seymur Həziyev “avtobus dayanacağının yaxınlığında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə edilən əşya tətbiq etməklə vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verərək, əvvəllər tanımadığı Bakı şəhər sakini Məhərrəm Həsənovu əsaslı səbəb olmadan söyməsində, daha sonra şüşə butulka ilə başına, yumruq və təpiklə isə sifət nahiyəsinə vuraraq sonuncuya bədən xəsarətləri yetirməsində şübhələr üçün əsaslar olduğundan, onun barəsində faktla bağlı Abşeron rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb”.

Qeyd edək ki, S.Həzidən fərqli olaraq, “Azadlıq” qəzetinin mühacirətdə olan digər əməkdaşı Natiq Ədilovun qardaşı Murad Ədilovun adı əfv olunanların siyahısındadır. M.Ədilovun qardaşının siyasi fəaliyyətinə görə həbsə atıldığı iddia edilirdi.

pia.az


Etiket: Seymur Həzi

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar