Cümə axşamı, 27 İyun 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Nazir: "Azərbaycan və İran birgə beynəlxalq ticarət şirkəti yaradacaq"

İran və Azərbaycan prezidentləri ikitərəfli münasibətlərin inkişafı ilə bağlı ciddi iradə nümayiş etdirir

Bunu İranın iqtisadi işlər və maliyyə naziri, Dövlət Komissiyasının həmsədri Fərhad Dejpəsənd Trend-ə verdiyi açıqlamasında deyib.

F.Dejpəsəndin sözlərinə görə, Azərbaycan və İran birgə beynəlxalq ticarət şirkəti yaradacaq: “İran və Azərbaycan həm birgə investisiya şirkətləri, həm də birgə fondlar yaratmaq niyyətindədir. Bununla da azərbaycanlı və iranlı iş adamları daha asan şəkildə işləyə biləcəklər”.

İranlı nazir Rəşt-Astara dəmiryolunun iki il ərzində istismara verilməsinin nəzərdə tutulduğunu da deyib.

Ötən gün Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 13-cü iclası keçirilib.

İclasın sonunda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 13-cü iclasının yekunlarına dair Protokol imzalanıb.

Sənədi Komissiyanın həmsədrləri – Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev və İran İslam Respublikasının iqtisadi işlər və maliyyə naziri Fərhad Dejpəsənd imzalayıb.

pia.az

Etiket:

Şərh yazın.

loading...