Bazar ertəsi, 15 İyul 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

“BOEİNG” qəzasının çözülməyəcək sirri…

ABŞ-ÇİN savaşının görünməyən üzü

Ergün Diler

“Takvim”, Türkiyə, 14 mart 2019-cu il

Öz işində-gücündə olan insanların dərinliklərdə baş verənləri anlaması asan deyil. Gəlin, bu gün sizə dünən başlayan böyük savaşın detallarını çatdıraq.

Əslində savaş çox öncə başlayıb, sadəcə bu gün yeni əks olunmaları var.

Dünyadakı iki böyük güc bir-biri ilə döyüşməkdədir: biri ABŞ, digəri isə Çindir. Bu güclərin hər birinin arxasında önəmli şəxslər, qurumlar və dövlətlər vardır.

Çini düşünün, son 25 ilə baxın. Gəldilər, ABŞ-ı sarsıtdılar. Bu necə oldu? Ağlı və pulu kim verdi? Xammal və maliyyə ilə kim təmin etdi? Bazar payını kim təklif etdi? Heç bunlara baxmırıq. Kor kimi uçuruq. Ancaq həqiqətlər dərinlikdə, çox dərinlikdədir.

“İpək yolu”nu reallaşdırmaq üzrə olan Çindən bəhs edirik. 65 ölkə əməliyyatın içindədir. Bunu hansı güc təmin etdi?

I və II Dünya Müharibəsindən sonra dünyada xəritələr dəyişdi. Birliklər, ittifaqlar quruldu. Ancaq arxada iki böyük müharibə vardı.

Yaxşı, bəs Çin bunu necə bacarırdı? 65 ölkəni yanına alacaq gücü haradan alırdı? Bilmirik. Maraqlanmırıq da. Amma üzərində durulması lazım olan nöqtə məhz budur. Çin Avropa, Afrika və Orta Şərqdə eyni zamanda necə oyun qura bilirdi? Enerji və xammala bu qədər ehtiyacı olan bir div, əmin addımlarla necə irəliləyə bilirdi? Bu məsələni bir az açaq. Açaq ki, bugünkü aktual savaş məsələsinə gələ, Türkiyəni də mövcud balansın içində görə bilək.

Bu aralarda adını hər bir kəsin eşitdiyi bir şirkət var – “Huawei” (“Huawei Technologies Co. Ltd.” – tərc.). Çin telekommunikasiya divi olan “Huawei”nin idarə heyətinin sədr müavini və maliyyə direktoru Men Vançjou (Meng Wanzhou) haqqında çox yazdım. O, MKİ-nin keçirdiyi bir əməliyyatla Kanadada saxlandı və həbs edildi. Sonra da onun MKİ-nin iştirakı ilə ABŞ-a nəql edilməsi prosesi başladıldı.

Menin atası, yəni Ren Çjenfey (Ren Zhengfei) şirkətin sahibidir. Çjenfey, Rotşild ailəsinin etibar etdiyi şəxslərdən biridir. Qızı Men şirkətin maliyyə işlərini idarə edirdi. ABŞ onlara qarşı “İrana tətbiq edilən embarqonu dəlmək” iddiasını irəli sürür və yanına ciddi bir iddia da əlavə edirdi: “Çinin xeyrinə casusluq etmək”.

Çin isə baş verənlərə gülür və “Tamamilə siyasi bir əməliyyatdır” açıqlaması verməklə kifayətlənirdi.

Həqiqətən, artıq ABŞ-la Çin arxalarına aldıqları güclərlə birlikdə dünyanın hər bir nöqtəsində mübarizə aparırdı. Bu mübarizə daha da şiddətlənəcəkdi. Doğrusu, şiddətlənmə davam edirdi və havaya keçmişdi. Buna aydınlıq gətirək.

ABŞ-ın texnoloji üstünlüyünə son verilməsi üçün yetişdirilən Çinin ən böyük şirkəti “Huawei”, sahibkarının qızı üzərindən böyük zərbə aldı. Çin əli-qolu bağlı qala bilməzdi. Bir cavab verməli idi. Ancaq necə? Heç kim bilmirdi.

Biz belə, “Yaxında Çindən bir cavab gələr” yazırdıq. Lakin cavabın nə olacağını bilə bilməzdik. Maraqla gələcək cavabı gözləyərkən, Efiopiya Hava Yollarına aid “Boeing 737 MAX 8” tipli sərnişin təyyarəsi düşdü. Bu təyyarədə 149 sərnişin və 8 nəfərlik şəxsi heyət vardı. Qurtulan olmadı. Nayrobiyə gedən təyyarənin düşmə səbəbi bilinmir. Təyyarənin qara qutusu da zədəlidir.

“Boeing 737 MAX 8” tipli başqa bir təyyarə də ötən il İndoneziya yaxınlarında düşmüş və 189 adam həyatını itirmişdi. Yəni, bu təyyarənin keçmişi qüsurlu idi.

Efiopiyada baş verən təyyarə qəzasından sonra daha öncə olmayan, baş verməyən bir şey olurdu. Başda Çin olmaqla, 50-dən artıq ölkə “Boeing 737 MAX 8” və “Boeing 737 MAX 9” tipli sərnişin təyyarələrinin bütün uçuşlarını durdururdu. Təyyarənin düşməsi hadisəsi ilk dəfə baş vermirdi, lakin ona reaksiya birlikdə – bir bütün olaraq verilirdi. Avropa Mülki Aviasiya Təhlükəsizliyi Agentliyi də vaxt itirmədən bu tip təyyarələrin uçuşunu qadağan edirdi. Ayrıca, təhlükəsizlik direktivi verilərək, bu təyyarələrin Avropaya gəlməsinın də qarşısı alınırdı. İngiltərə, Almaniya, Avstriya, Fransa və Hollandiya kimi ölkələr bu qərara imza atırdı. Türkiyə də havadakı “Boeing 737 MAX 8” təyyarələrini yerə endirir və hava sahəsini bu təyyarələrə qapadırdı.

Təbii, bu hadisələr baş verərkən təyyarə şirkətinə baxmaq lazım gəlirdi. Oradakı mənzərəyə baxarkən, iki gün ərzində “Boeing”in öz dəyərini 20% itirdiyi görünürdü. İtirilən dəyər təqribən 70 milyard dollar idi. “Boeing” israrla təyyarələrdə hər hansı bir texniki problemin olmadığını, istehsaldan qaynaqlanan bir xətanın söhbət mövzusu ola bilməyəcəyini açıqlayırdı. Amma bu, yetmirdi.

50-dən çox ölkə “Boeing” üzərindən ABŞ-a hesab kəsirdi. ABŞ-ın ən böyük şirkətlərindən biri, hətta milli qüruru olan “Boeing” şirkəti bir təyyarənin düşməsindən sonra test edilirdi. Sarsılan isə “dərin ABŞ” idi.

“Boeing 737 MAX 8” tipli təyyarələrin düşməsi qəza da, əməliyyat da ola bilər. Bunu öyrənmə şansımız, bəlkə də, heç bir zaman olmayacaq.

Ancaq Çinin göz bəbəyi kimi böyütdüyü “Huawei”nin sahibinin qızının girov götürülməsi məsələsi hələ də “canlı” idi. Hələ də kimsə iki ölkə arasında nə baş verdiyini anlamırdı. Qız MKİ-nin əlində girov qalmışdı. ABŞ Xarici işlər naiziri Pompeo, israrla “Huawei”nin casusluq etdiyini tez-tez vurğulayırdı. Bir də Çinə enerji dəhlizi açan İranı təhdid edirdi.

“Dərin ABŞ” öz daxilində, öz prezidenti ilə, prezidentin ailəsiylə, onlarla əlaqəsi olanlarla və dünya ilə mübarizə aparmaqdadır…

Çinlə qarşı-qarşıya gəlsələr də, bunu sərtləşdirmədilər. Amma “İpək yolu”nun hər bir nöqtəsində döyüşməkdədirlər. Çin “Böyük müharibə” olmadan dünyanı dəyişdirmək istəyir. Və çox sürətlə gedir.

Silah sənayesini əlində saxlayan, vurucu gücü yüksək olan ABŞ isə hansı rəqiblə, neçəsi ilə birlikdə mübarizə aparacağını yaxşı hesablamış kimi görünmür.

Savaş yaxında başlayacaq. Hər kəsin gördüyü bir hala gələcək. Doğrusu, təyyarələr belə düşməyə başladı. Yeniləri düşərmi? Kim “düşməz” deyə bilər ki?

Savaş, əlbəttə, başqa sahələrdə, başqa coğrafiyalarda da olacaq. Ondan qaçış yoxdur. Terror təşkilatları, kəşfiyyat təşkilatları, şirma və funksiyası fərqli olan müxtəlif qurumlar da – hər kəs bu savaşın içində olacaq.

Afrika bu savaşın ilk cəbhəsi kimi görünür. Venesuela bu gün və ya sabah qarışar və proses başa çatar. Nə olacağını görəcəyik. İran, Qara dəniz və Aralıq dənizi unuduldumu? Xeyr. Onların hamısı bu mübarizənin mərkəzlərindəndir. Ancaq öncə hansılarının savaşa səhnə olacağını bilmirik.

Lakin indiyədək baş verən hadisələr arasında ən önəmli və böyük olanı “Boeing” üzərindən “dərin ABŞ”-a mesajın verilməsidir. Səudiyyə Ərəbistanı, Türkiyə, İran, Fransa, Almaniya, Rusiya, Hindistan və Çin daxil olmaqla, 65 ölkəyə ABŞ-ın gücü çatacaqmı? Tarixin ən böyük savaşı yaşanmaqda, lakin gözlər bunu görməməkdədir. Həyata gündəlik və qısır mübahisələrlə davam edilməkdədir.

Məsələ heç anlamadığımız qədər kəskin və önəmlidir. Dünya tarixdə heç olmayan bir burulğandadır. Kimsə bundan kənarda qala bilməz. Ağıllı ölkələr təyyarəni sağ-salamat yerə endirəcək olanlardır. Türkiyə kimi…

Mübarizə göyə – havaya çıxarılıb. Sonrakı addım nə olacaq? Məlum deyil, lakin şiddətli olacağı qətidir. Təəssüf ki, savaşın mahiyyətini və tərəflərinin kim olduğunu bilməyən məsum insanlar öləcək.(Tərcümə Strateq.az)

pia.az

Etiket:

Şərh yazın.

loading...