Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mərkəzi Bankdan 8 ton qızıl Uqandaya qaçırılıb, 600 kiloqramı "yoxa çıxıb"... - Maduranın əməlləri

Venesuela hakimiyyəti Bolivar Respublikasinin Mərkəzi Bankından Uqandaya 8 ton qızıl qaçırıb

Bunu dünənki çıxışında müxalifətin nəzarəti altında olan Milli Assambleyanın (ölkə parlamenti) deputatı Anhel Alvarado deyib.

“Venesuelanın Mərkəzi Bankından fevralın 23-nə qədər çıxarılmış həmin 8 ton qızıl Uqandada peyda olub, lakin “tam olaraq deyil”, 600 kiloqramı çatmır, - qanunverici orqanın üzvü özünün “Twitter” mikrobloqunda yazıb. – Onları qaçaq mal kimi saxlayıblar. Uqandaya xatırladırıq ki, bu qızıl Venesueladan qeyri-qanuni çıxarılıb və Venesuela Mərkəzi Bankı ələ keçirilib”.

Venesuela Mərkəzi Bankı

Cari ilin yanvar ayında “Bloomberg” agentliyi İngiltərə Bankının öz anbarlarında olan Venesuela qızılının prezident Nikolas Maduro hökumətinin sorğusu əsasında qaytarmaqdan imtina etməsi barədə məlumat vermişdi. Agentlik bildirirdi ki, buna səbəb ABŞ-ın bəzi rəsmi şəxslərinin, o cümlədən milli təhlükəsizlik üzrə ABŞ prezidentinin köməkçisi Con Boltonun və dövlət katibi Maykl Pompeonun “Venesuela rejiminin xarici aktivləri idarə etməsinə imkan verməmək” xahişi olmuşdu.

Sonradan o da məlum oldu ki, mövcud hökumətə qızılın qaytarılmaması xahişi ilə İngiltərə Bankının başçısı Mark Karniyə və Böyük Britaniyanın baş naziri Tereza Meyə Venesuela müxalifətinin lideri Xuan Quaydo da müraciət edib. Britaniya hakimiyyətinə məktubunda Quaydo bildirib ki, Maduro hökuməti qızılı satmaq və əldə olunmuş pul vəsaitləri hesabına “Venesuela xalqına qarşı repressiyaları” gücləndirmək niyyətindədir.

Nikolas Maduro

Yanvarın 23-də bundan iki gün əvvəl Ali Məhkəmə tərəfindən parlament sədri vəzifəsinə təyin olunması barədə qərarı ləğv edilmiş Quaydo özünü Venesuela prezidentinin vəzifələrini icra edən şəxs elan etmişdi. Elə həmin gün ABŞ onu müvəqqəti dövlət başçısı kimi tanıdı, daha sonra bu qərara Lima Qrupu (Meksika istisna olmaqla), Amerika Dövlətləri Təşkilatı, bir sıra digər ölkələr qoşuldu. Maduro baş verənləri dövlət çevrilişinə cəhd adlandırdı və ABŞ-la diplomatik əlaqələrin kəsildiyini elan etdi. Onu Rusiya, Belarus, Boliviya, İran, Çin, Kuba, Nikaraqua, Salvador, Suriya və Türkiyə dəstəklədilər.(virtualaz.org)

pia.az


Etiket: Madura

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar