Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Novruz gəlir, yaz gəlir: Seydimli kəndində balaca fidanlar Novruz şənliyinə toplandılar

Martın 15-də Seydimli kənd körpələr evi-uşaq bağçasında Azərbaycan xalqının milli adət ənənələrini özündə əks etdirən Novruz şənliyi keçirilib

Bayram süfrələrinə şəkərbura, paxlava, rəngbərəng yumurtalar düzülüb. Tədbiri giriş sözü ilə körpələr evi-uşaq bağçasının müdiri Hicran Hüseynova açaraq hər kəsi bayram münasibətilə təbrik edib, onlara əmin- amanlıq, ruzi bərəkət və firəvan həyat arzulayıb.

Balacaların Novruz şənliyində iştirak edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov körpə fidanları, onların valideynlərini və bağçanın kollektivini bayram münasibəti ilə təbrik edib.

Gələcəyimiz olan uşaqlara can sağlığı, əmin-amanlıq, süfrələrinə bol ruzi- bərəkət , hər bir ailəyə sevinc və səadət dolu günlər və vətənə layiqli övlad olmalarını arzulayıb. Vurğulayıb ki, inşallah gələn bayramlarımızı Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Şuşada, Xankəndində, Xocalıda və işğal altında olan digər o gözəl bölgələrimizdə qeyd edəcəyik.

Bayram şənliyində uşaqlar maraqlı proqramla çıxış ediblər. Uşaqların ifasında Novruza, yazın gəlişinə həsr olunan şeirlər, mahnılar və rəqs nömrələri tədbir iştirakçılarına xoş ovqat və bayram əhval-ruhiyyəsi bəxş edib. Kosa və keçəl, kloun şənliyə dəvət olunmuş uşaqları maraqlı çıxışları ilə şənləndiriblər. Balacalar tədbirin sonunda Novruz tonqalının ətrafında toplanaraq yallı gediblər.

pia.az

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar