Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Toya gedərkən dəhşətli qəzada ölən qardaşlarla bağlı yeni faktlar - Foto

Ötən gün Sumqayıtda baş verən dəhşətli yol qəzasında ölən qardaşlar bu gün dəfn ediləcəklər

Bakı-Quba-Rusiya sərhədi magistral yolunun Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən keçən hissəsində "Hyundai Elantra" markalı 99 EA 934 dövlət nömrə nişanlı minik avtomobilinin "KamAZ" markalı 09 BL 969 nömrəli yük maşınına çırpılması nəticəsində ölən 1998-ci il təvəllüdlü Zəkiyev Vahid Məzahir oğlu və 1996-cı il təvəllüdlü Zəkiyev Mikayıl Məzahir oğlu bu gün Balaxanı qəsəbə məzarlığında torpağa tapşırılacaq.

Məlumata görə, Zəkiyev qardaşları "Rent a car"dan avtomobil icarə götürərək Quba rayonuna Vahidin əsgər yoldaşının toyunda iştirak etmək üçün yola çıxıblar. Avtomobil Tağıyev qəsəbəsində hərəkətdə olarkən sürücünün idarəetməsindən çıxaraq qarşıdan gedən yük maşınına çırpılıb. Hadisə vaxtı Mikayıl və Vahid yerindəcə keçinib. 1995-ci il təvəllüdlü Zabit Aslan oğlu Cəfər, Nəbiyev Cəbi Müdürxan oğlu və 2003-cü il təvəllüdlü Zəkiyev Fərid Məzahir oğlu isə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan publika.az-a bildirilib ki, Fərid Zəkiyev artıq evə buraxılıb.

Digər məlumata görə, dəhşətli hadisədə vəfat edən Mikayıl Zəkiyev Türkiyədə Yıldırım Bəyazid Universitetinin mzunudur. O, motosiklet və tatuaj həvəskarı olub. Vahid isə yenicə işə qəbul olubmuş. Əslən Quba rayonundan olan qardaşları Bakı şəhər Balaxanı qsəbəsində böyüyüblər və bu gün saat 12-də qəsəbə məzarlığında dəfn ediləcəklər.

pia.az


Etiket: Qəza

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən çox oxunanalar