Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni dünya dizaynı – ABŞ Rusiya və Türkiyəni niyə “boğmağa” çalışır?..

ABŞ özünə bağlı Çin və Avropa istəyir. Çünki bu ölkələri idarə etmək niyyətindədir. Ancaq bu oyunu pozan iki ölkə var: Türkiyə və Rusiya...

Ergün Diler
“Takvim” qəzeti, Türkiyə, 15 mart 2019-cu il

Son illər Rusiya ilə münasibətlərimizdə ciddi böhranlar yaşadıq. Məsələn, təyyarələrin vurulması, pilotların öldürülmsəi, Rusiyanın Ankara səfiri Andrey Karlovun qətli... Bununla yanaşı, Rusiyanın da Türkiyə ilə yaxınlaşmasına görə yaşadığl neqativ hadisələr var. Misal üçün, Suriyadakı bazalarına hücum edildi, təyyarələri vuruldu. Rusiyanın “Qızıl ordu xoru”nu daşıyan təyyarəSi Qara dənizə düşdü və s...

Bir güc Rusiya ilə Türkiyənin yaxınlaşmasına ciddi şəkildə etiraz edir. Biz baş verənləri sadəcə adi bir hadisə kimi qəbul edir və mətbuatda, televiziyada verilən məlumatlarla kifayətlənirik. Halbuki arxa planda böyük bir savaş yaşanır...

Yalnız 15 sentyabr cəhdindən sonra Moskva ilə münasibətləri yoluna qoya bildik.

Çətin olsa da, bu yola çıxa bildik.

Əlbəttə ki, Rusiya-Türkiyə yaxınlaşmasını istəməyən güc ABŞ-dır. Yəni, NATO...

Bəs, bu hücumun səbəbi nədir? Nəyə görə ABŞ terrorla, pul hesabına təxribatlar törətməklə, hər iki ölkəyə eyni anda hücum edir? İki ölkənin yaxınlaşmasında ABŞ-ı narahat edən nədir?

Bir qədər ətraflı izah edək...

Türkiyə və ABŞ münasibətlərinin gərginləşməsinin bir neçə önəmli səbəbləri var. Məncə, ən önəmli səbəblərdən biri “Türk axını” layihəsi ilə bağlıdır. Putin təklifini irəli sürdükdən və Ərdoğan bu təklifi qəbul etdikdən sonra gərginlik yarandı. Böyük dövlətlər bir nəticə almasalar da, sarsıldılar. Adətən böyük dövlətlər öz maraqlarının təhlükə altında olduğunu hiss etdikdə, təxmin etmədiyimiz addımları ata bilirlər. Məsələn, bir güc niyə MİT (Milli Kəşfiyyat Təşkilatı) müşavirlərini ələ keçirmək istəsin? Bunun bir səbəbi var. Və ya ABŞ niyə İranı əsas hədəf seçir? Bu məsələlər üzərində ciddi düşünmək lazımdır.

İran ABŞ-ın sərhəd qonşusu, rəqibi və ya ya təhdid gördüyü ölkə deyil. Ancaq ABŞ üçün düşməndir. Həm də İran ABŞ-ın düşməninin, yəni Çinin dostudur. Əvvəllər bu münasibətləri başa salmaq istəyəndə çətinlik çəkirdim. Lakin indi ağlı başında olan hər kəs bu münasibətlərin mahiyyətini anlaya bilir. Əslində bu, ümidvericidir...

CHP (Cümhuriyyət Xalq Partiyası) belə Kamal Qılıncdaroğlu üçün “xarici əməliyyat” tərifi verir. Gəldiyimiz vəziyyət heç də pis deyil.

Davam edək...

Rusiya-Türkiyə münasibətlərinə toxunmağımın bir səbəbi var. Məqsədim Pentaqonun yekun hesabatını və Vaşinqtonda gizli müzakirə edilən mövzunu bölüşməkdir. ABŞ-ın enerji naziri Rik Perri “Türk axını” və TANAP boru xəttinin ABŞ üçün milli təhülkəsizlik problemi olduğunu vurğuladı. Bu qədərmi? Əlbəttə, deyil... Rik Perri Milli Təhlükəsizlik Agentliyinin bu məsələ ilə bağlı hazırladığı sənədi Pentaqon və Ağ Evlə paylaşıb və qeyd edib ki, təcili hərəkətə keçmək lazımdır.

Əslində bölüşmək istədiyim də elə bu idi. “Təcili hərəkətə keçməliyik!” hissəsi...

Təqdim edilən sənəddə ABŞ-ın Rusiya-Türkiyə yaxınlaşmasından nələr itirəcəkləri açıq və net şəkildə başa salınırdı. Bəs sənədin “can alan” cümləsi nə idi? Məhz bunu bilməyin faydası var.

Sənəddəki bir paraqraf bütün sıxınıtları biruzə verirdi. Onsuz da sənəd sırf bu məqsəd üçün hazırlanmışdı.

Sənəddə “Türk axını” və TANAP Avropanın bütün enerjisini bir ölkəyə bağlayır. Yəni, Rusiya çox güclənəcək. Rusiyanın güclənməsi ilə yanaşı, Türkiyə də Avropada böyük təsir gücünə malik olacaq. Hər iki layihə Türkiyə-Rusiya yaxınlaşmasını bir daha ayrılmayacaq hala gətirəcək.

Əsas problem də buradan başlayır. Çünki Türkiyə ilə Rusiya Aralıq dənizində birgə hərəkət edərsə, gələcəkdə bir çox layihələr başlamadan bitəcək. Bu baxımdan Aralıq dənizindən uzaq qalan Vaşinqton milli təhlükəsizlik problemi ilə üz-üzə qala bilər. Bu günə kimi yaranmayan bu vəziyyətin nəticələri çox ağır ola bilər. Buna görə də həm “Türk axını”, həm də TANAP layihəsinin reallaşmasına tezliklə mane olmaq lazımdır”, deyə qeyd edilib.

TANAP nədir?

Xəzər Dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından və Xəzər Dənizinin digər sahələrindən hasil edilən təbii qazın əvvəlcə Türkiyəyə, sonra Avropaya daşınmasıdır.

Bəs “Türk axını” nədir?

Rusiyadan başlayıb, Qara dəniz üzərindən Türkiyəyə köçürülməsi planlanan təbii qaz boru xətti layihəsidir. Özünün təbii qazını Ukrayna üzərindən Avropaya satan Rusiya bu ölkə ilə problemlər yaşadıqdan sonra təbii qazı alternativ yollarla satmaq istəyir. “Türk axını” layihəsi də məhz bu səbəbə görə meydana çıxdı. Rusiya təbii qaz xəttini Qara dənizdən keçirərək öncə Türkiyə, daha sonra isə Yunanıstan üzərindən Avropaya satmağı planlayır. Yəni, Avropa təbii qaz vasitəsilə Türkiyə üzərindən Rusiya ilə birləşir. Ukraynadakı vətəndaş müharibəsinin səbəbi və ABŞ-ın oradan qurduğu oyundan gözləntiləri barədə yazmıram.

Məsələ budur ki, ABŞ özünə bağlı Çin və Avropa istəyir. Çünki bu ölkələri idarə etmək istəyir. Ancaq bu oyunu pozan iki ölkə var: Türkiyə və Rusiya...

Bu gün “Breksit” mübahisəsi yaşayan İngiltərə də TANAP-a dəstək verir. Hətta Lordlar Palatasında keçirilən bir çox görüşlərdəTANAP-ın əhəmiyyəti qeyd edilib. İngilis enerji şirkəti BP, Norveçin “Statoyl” şirkəti və Fransanın “Total” şirkətinin TANAP layihəsindəki ortaqlığı da ABŞ-ı narahat edir. Bu ortaqlıq təklifi 2012-ci ildə edilmişdi.

İki il sonra isə bu ortaqlıqda rol alan mühüm şəxslərdən biri ortadan qaldırıldı. Əvvəllər bir çox müxtəlif səbəblərlə bunu qeyd etmişdim.

İndi isə başqa pəncərədən baxaq.

2014-cü ildə inanılmaz bir təyyarə qəzası baş verdi. VIP sərnişinlərə xidmət edən “Falcon-50” təyyarəsi Parisə uçmaq üçün sürətlənməyə başlayıb. Təyyarə 250 km sürətlə yolun ortasına çatsnda qarşısına qartamizləyən maşın çıxdı. Moskvanın Vnukovo aeroportunda baş verən qəza nəticəsində “Falcon-50” təyyarəsinin göyərtəsində olan “Total” neft şirkətinin 63 yaşlı prezidenti Christophe de Margerie və 3 nəfər heyət üzvü öldü.

TANAP layihəsi bu qəzanın gizli manşeti idi. Çünki “Total” neft şirkətinin prezidenti Kristofer de Marceri layihəyə biganə yanaşmır və orada yer almaq istəyirdi. TANAP-la baş tutan razılaşmadan qısa müddət sonra bu qəza baş verir və razılaşmada iştirak edənlərə bir mesaj verilir.

Bu baxımdan Türkiyənin də daxil olduğu bu çoşğunun mahiyyətini anlamaq vacibdir. Ankara yeni oyunun içində yer almaq istəyir və buna görə hədəfə çevrilir. Oyunun qaydaları qəbul edilən təqdirdə hər 10 ildən bir zərbə və iqtisadi böhranın yaşanması qaçılmaz faktdır.

Rusiya, Çin, İran, Hindistan, İngiltərə, Almanya və Fransa ABŞ-dan qurtulmaq istəyir. Buna görə də ortada yeni yol tapmaq cəhdləri mövcuddur. İki böyük dünya müharibəsindən sonra qurulan balans dağılmaq üzrədir və dağılacaq.

Kimin qalib olacağını deyə bilmərəm. Ancaq qalib olan tərəf Türkiyə ilə ortaq olmağa məcburdur. Çünki Avrasiya və Orta Şərq Türkiyəsiz ola bilməz. Əgər savaşı Çin qazanarsa, Türkiyə sürətlə yüksələcək. Digər ölkələr isə Türkiyənin icazəsini almaq məcburiyyətindədirlər.

Əsas məsələ odur ki, bu balans asanlıqla qurulur və ya dağılmır. Martın 10-da Efiopiya Hava Yollarına məxsus “Boeing” sənişin təyyarəsində baş verən qəzadan sonra 50-dən çox ölkə bu təyyarələrdən imtina etdi. Mənə elə gəlir ki, Vaşinqton “Boeing” qəzasından çox, bu qədər ölkənin həmrəylik göstərməsini sorğulayır.

Dünən nağıl kimi görünən hadisələr bu gün ittifaq olaraq qarşımızdadır. Yeni bir dünya qurulur. Şübhəsiz ki, Türkiyə də burada yer alacaq. Necə? Bunu görəcəyik. Ancaq Türkiyənin mütləq şəkildə yer alacağı gözləniləndir.

Tərcümə PİA.az-ındır

Orjinal

Gülşən ŞƏRİF
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar