Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“ABŞ Dövlət Departamentinin hesabatının heç bir hüquqi əsası yoxdur”

ABŞ Dövlət Departamentinin 2018-ci ildə dünya ölkələrinin insan haqlarına və fundamental azadlıqlara dair hesabatında Azərbaycan haqqında yer alan məqamlar heç bir fakta, araşdırmaya söykənmir. Dövlət Departamenti köhnə materialları nəinki dəyişdirmədən dərc edib, hətta Əli Kərimlinin, "Milli şura"nın bəzi üzvlərinin fikirlərinin nöqtə-vergülünü belə dəyişmədən hesabata daxil edib

Bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, Dövlət Departamenti hər bir insanın verdiyi informasiyaya deyil, ciddi mənbələrə əsaslanmalıdır: "Dünyanın aparıcı bir dövlətinin Dövlət Departamenti tərəfindən maraqlı tərəflərdən birinin subyektiv düşüncələri dövlət sənədi səviyyəsinə çıxmamalıdır. Burada fundamental araşdırma olmalı, qarşı tərəfin arqumentləri də dinlənilməli və nəzərə alınmalıdır. Təəssüflər olsun ki, bu hesabat tamamilə birtərəflidir və qeyd etdiyimiz obyektiv kriteriyalara uyğun gəlmir. Bəs niyə bu hesabatda Ermənistanın işğalı nəticəsində doğma torpaqlarından didərgin düşmüş, bütün hüquqlardan məhrum olunmuş bir milyondan çox qaçqın və məcburi köçkünün haqqında bir kəlmə işlədilmir? Yaxud bizim kəlbəcərli həmvətənlərimiz Dilqəm Əsgərov və Şahbaz Quliyevə ermənilər tərəfindən hər cür işgəncə verilir, onlara qeyri-qanuni məhkəmə qurulub. Hesabatda onlar barədə bir kəlmə belə işlədilməyib. Mehman Qələndərov, Əfqan Muxtarlı ilə Gözəl Bayramlıdan danışırlar, amma Dilqəmlə Şahbazdan bir kəlmə də hesabatda yazmayıblar".

YAP icra katibinin müavini hesab edir ki, belə hesabatların yayılmasında xüsusi maraqlar var. "Çünki Azərbaycanın apardığı müstəqil siyasət, cənab Prezident tərəfindən qəbul olunan qərarlar, sərəncamlar, bu yaxınlarda imzalanması gözlənilən əfv sərəncamı müəyyən qüvvələrə sərf etmir. Həmin qüvvələr istəyirlər ki, Azərbaycan dövləti onların diqtəsi ilə oturub-dursun. Amma Azərbaycan müstəqil dövlətdir, həyata keçirilən siyasətdə milli maraqların qorunması öndə dayanır".

S.Novruzov, həmçinin Azərbaycanda internet və media azadlığının tam təmin olunduğunu diqqətə çatdırıb: "Azərbaycanda iyirmidən çox internet televiziyası fəaliyyət göstərir. Bu gün xaricdə oturub "YouTube", digər beynəlxalq internet resursları vasitəsilə Azərbaycana qarşı təhqir, böhtan kampaniyası aparılır. Bu kampaniyanı da Qərbdəki müəyyən dairələr maliyyələşdirir".

Dövlət Departamentinin bu hesabatının "divar kağızı"ndan fərqlənmədiyini deyən millət vəkilinin sözlərinə görə, bu hesabatın heç bir hüquqi əsası yoxdur: "ABŞ-ın özündə də insan hüquqları ciddi şəkildə pozulur. Buna sübut kimi bir sıra araşdırmaçı-jurnalistlərin müəmmalı qətllərini, Əbu Qureybdə və Quantanamo həbsxanasında verilən işgəncələri göstərmək olar. Amma ABŞ-da bu hadisələrlə bağlı ciddi tədbirlər görülməyib, təqsirkarların bir çoxu ümumiyyətlə cəzalanmayıb".

YAP icra katibinin müavini əfv sərəncamı, siyasi məhbus olduğu iddia edilən şəxslərin əfv olunub-olunmayacağı ilə bağlı suala cavabında deyib ki, əfv sərəncamı bir qrup insana sərf etmir: "Əfv sərəncamı olanda xaricdə oturan bir qrup şəxsə, erməni lobbisinə xidmət edən insanlara və Azərbaycanda "Milli şura" adlanan quruma, o cümlədən, Əli Kərimlinin güruhuna sərf etmir. Əksinə, bu və ya digər şəkildə çalışırlar ki, o insanların heç biri azadlığa buraxılmasın. Bunlar da onların adından istifadə edib qrant alsınlar, Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edilsin".

O, eyni zamanda bildirib ki, əfvlə bağlı müraciətlər olub: "Artıq "Milli şura"nın təmsilçiləri iddia edirlər ki, mitinqə görə əfv sərəncamı olacaq. Halbuki əfvlə bağlı mindən artıq müraciət daxil olub. Müraciətlərə baxılıb və bunlardan 400 nəfər insanın azadlığa buraxılması ilə əlaqədar sənədlər hazırlanıb. Bu şəxslərin sayı və kimliyi əfv komissiyası tərəfindən müəyyənləşdirir. Maraqlı məqamlar ondan ibarətdir ki, onlar azadlığa çıxdıqdan sonra Əli Kərimlinin dəstəsi artıq bu insanlarla maraqlanmır və ya müxalifət düşərgəsindən kənarlaşdırmağa çalışır. Çünki azadlıqdakı müxalifətçi onlar üçün maddi və mənəvi əhəmiyyət kəsb etmir. Məsələn, İlqar Məmmədov. O, həbsdə olanda adını daha çox hallandırırdılar, nəinki indi. İndi artıq onunla rəqabətə giriblər, çirkli rəqabət aparırlar. Azərbaycan hüquqi dövlətdir. Kimin cinayəti ictimai təhlükəli deyilsə, əfvə uyğun gəlirsə, ailəsi və ya hüquq müdafiə təşkilatları tərəfindən müraciət edilibsə, törətdiyi əməldən peşman olması barədə etirafı varsa, o şəxslərlə bağlı müraciətə baxılır və müvafiq qərar qəbul ediləcək".(Trend)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar