Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Külli miqdarda narkotik maddə dövriyyədən çıxarılıb

Narkotik maddə dövriyyədən çıxarıldı

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları şəhər ərazisində xidmət apararkən “VAZ 21011” markalı avtomobil inzibati qayda pozuntusuna görə saxlanılmış, həmin vaxt avtomaşında sərnişin qismində əyləşmiş Zaqatala rayonu Aşağı Tala kənd sakini İsmayıl Qurbanov üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan Polis Şöbəsinə gətirilib. Üzərinə şəxsi axtarış keçirilən zaman 1 ədəd kibrit qutusunda 8 qrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib. Ətrafında aparılan araşdırmalar zamanı İ. Qurbanovun həmin narkotik vasitəni Balakən şəhər sakini Abdulla Qallacovdan aldığı müəyyən edilib. A. Qallacovun yaşadığı evə baxış keçirilən zaman oradan 805 qram qurudulmuş marixuana, həmçinin qanunsuz saxladığı 16 kalibrli qoşalülə ov tüfəngi də aşkar edilərək götürülüb. O, ifadəsində həmin narkotik vasitəni yay aylarında rayonun Püştətala kəndi ərazisində əkib-becərdiyi narkotik tərkibli çətənə bitkilərinin üzərindən yığaraq əldə etdiyini bildirib.

Qeyd edilən əraziyə baxış keçirilən zaman 3 ədəd, ümumi çəkisi 185 qram olan çətənə bitkiləri aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

pia.az


Etiket: Narkotik

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar